Dünya Azərbaycanlıları Assambleyası "Siyasi məhbuslara dəstək" aksiyasını pisləyən müraciət qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Dünya Azərbaycanlıları Assambleyası "Siyasi məhbuslara dəstək" aksiyasını pisləyən müraciət qəbul edib

11:38 - 18 / 01 / 2017
Dünya Azərbaycanlıları Assambleyası "Siyasi məhbuslara dəstək" aksiyasını pisləyən müraciət qəbul edib

Almaniyada yaşayan bir qrup azərbaycanlı siyasi fəal 18 yanvar 2017-ci il tarixində Almaniyanın Berlin şəhərində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi qarşısında "siyasi məhbuslara dəstək" adı altında aksiya keçirməyi planlaşdırır.

Bu haqda 1news.az Dünya Azərbaycanlıları Assambleyasının yaydığı müraciətə əsasən xəbər verir.      

Müraciətdə deyilir:

“Hazırda ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyi bir vaxtda ermənipərəst qüvvələrin guya Azərbaycan Respublikasında insan haqlarının tapdalandığını, "siyasi məhbus" probleminin olduğunu təbliğ edərək ölkəmiz haqda qeyri-demokratik imic yaratmağa cəhd edir və Dağlıq Qarabağ ermənilərinin belə bir qeyri-demokratik rejimdə yaşaya bilməyəcəyini bildirərək Qarabağ problemini öz xeyirlərinə həll etməyə cəhdlər göstərirlər.

Çox böyük təəssüf hissi ilə bildiririk ki, bəzi həmvətənlilərimiz də hansısa səbəblərdən həmin ermənipərəst çevrələrin dəyrimanına su tökərək ölkəmizdə insan hüquq və azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığnı bəyan edirlər. Halbuki son illər ölkəmizdə demokratik təsisatların daha da möhkəmlənməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmiş, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində nəzərəçarpan addımlar atılmışdır.

Biz Dünya Azərbaycanlılarının Assambleyası olaraq Azərbaycan Respublikasının əlehinə olan, onun beynəlxalq nüfuzuna zərrə qədər xələl gətirə biləcək hər hansı bir xırda addımın atılmasına qarşıyıq. Bu cür aksiyaların əleyhinə olduğumuzu bəyan edərək soydaşlarımızı belə tədbirlərdə iştirak etməməyə, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və haqq səsimizi dünyaya çatdırmağa, Qarabağ probleminin xalqımızın maraqları və beynəlxalq qanunlar çərçivəsində, ədalətli həllinə nail olunmasına çalışmağa çağırırıq.

Hesab edirik ki, aksiyanın keçirilməsi üçün hər hansı bir ciddi əsas yoxdur və bunu həmin tədbirin təşkilatçıları da anlayırlar. Bu gün qonşu işğalçı dövlət hər vəchlə Azərbaycana qarşı təbliğatda istifadə etmək üçün əsaslar hazırlamağa cəhdlər göstərir. Bu cür addımlar yalnız işğalçı ölkənin diaspor təşkilatları və lobbiçiləri üçün “əlverişli” fürsət hesab oluna bilər. Aldığımız məlumatlara görə, keçiriləcək aksiyanı izləyib lentə alacaq şəxslər arasında işğalçı ölkənin diplomatik korpusunun nümayəndələri olacaqlar. Məhz sözügedən aksiya onlara ölkəmizin beynəlxalq aləmdə nüfüzuna zərbə vurmaq üçün fürsət verə bilər.

Torpaqlarımızın 20 faizini işğal etmiş, soydaşlarımızı tarixi yurdlarından didərgin salmış, həmvətənlərimizə qarşı qətliam törətmiş Ermənistanın layiqli hüquqi cəzasının alması, ərazilərimizin düşmən tapdağından azad olunması dünya azərbaycanlılarının əsas problemlərindəndir və belə olan halda düşmən maraqlarına xidmət edən addımların atılmasını yolverilməz hesab edir, soydaşlarımızı antiAzərbaycan qüvvələri tərəfindən təxribatların çoxaldığı bu məqamda düşmən ölkənin əlinə fürsət verməməyə və dövlətimizin yanında olmağa səsləyirik”.

1news.az

Paylaş:
778

Son xəbərlər

Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14
Bütün xəbərlər