Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

20:31 - 18 / 01 / 2017
Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Kuala-Lumpur şəhərində keçirilən İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün Malayziyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif Əl Osaymin ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş katib Y.Osaymin Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.

E.Məmmədyarov 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqqında həmsöhbətə məlumat verib. İƏT baş katibi Azərbaycan Respublikası Prezidentinin bu Sərəncamının yüksək qiymətləndirildiyini və təqdir edildiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın İƏT çərçivəsində həmrəyliyin güclənməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edərək ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunlarının bu məqsədin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. İƏT baş katibini Azərbaycana səfərə dəvət edən nazir təşkilata üzv dövlətlərin idmançılarının qarşıdan gələn İslam Oyunlarında fəal iştirak edəcəyinə ümidvarlığını bildirib. İƏT baş katibi dəvəti məmnuniyyətlə qəbul edib. 

E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılmasının və onun ilk təsisat iclasının keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq birmənalı şəkildə dəstəklənməsinə və bu xüsusda qəbul edilmiş qətnamə və bəyanatlara görə İƏT baş katibi və üzv dövlətlərə öz təşəkkürünü bildirib.

Görüşdə İƏT-in gündəliyində duran mövzular, Rohinqa müsəlmanlarının vəziyyəti, terrorizmə və İsmafobiya meyllərinə qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
426

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər