Tanınmış fransız yazıçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Tanınmış fransız yazıçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub – FOTO

13:42 - 18 / 01 / 2017
Tanınmış fransız yazıçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub – FOTO

Ölkəmizdə səfərdə olan fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

1news.az-a Mərkəzdən verilən xəbərə görə, 1935-ci ildə dünyaya gələn yazıçı humanitar məsələlərin və qadın haqlarının müdafiəsi ilə bağlı 40-dək kitabın müəllifidir.  Əsərləri dünyanın ingilis, alman dillləri kimi aparıcı dillərinə tərcümə edilib.  Dünya səyahətinə çıxaraq  müxtəlif ölkələri onların qadınlarının dili ilə anladan Jerar Kardon beynəlxalq mükafatlara layiq görülüb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Mərkəzin icraçı direktoru Azad Məmmədov və qurumun aparat rəhbəri Aytən Qəhrəmanın iştirakı ilə keçirilən görüşdə  Dövlət müşaviri Azərbaycan multikulturalizmi modeli, ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələrindən, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə təsis edilən BBMM-in fəaliyyəti dövründə  və “Multikulturalizm ili”ndə həyata keçirdiyi layihələrdən söz açıb.

Kamal Abdullayev qonağın Azərbaycan multikulturalizmi modeli və ölkəmizdə yaşayan etnik icmalar və konfessiyalarla bağlı suallarını cavablandırıb. 

Səmimi görüş üçün minnətdarlığını ifadə edən Jerar Kardon Azərbaycan və Fransanın multikultural dəyərlərini müqayisə edib: “Azərbaycanda multikulturalizm əsrlərdir mövcud olan həyat tərzidir, oturuşmuş dəyərlər sistemidir. Azərbaycanın dövlət siyasətində multikulturalizm aparıcı xətt kimi gözə çarpır və bu çox təqdirəlayiqdir. Fransada multikulturalizm ənənələrinin yaşı gəncdir: son 50 ili əhatə edir. Bizdə multikulturalizm anlayışı sadəcə olaraq “birgəyaşayış” yaxud da “birgə yanaşı yaşama” şəklində ifadə olunur. Fikrimcə,  bunların məna çaları fərqlidir. Multikulturalizmi daha ali dəyər kimi qiymətləndirərdim. Xüsusilə də haqqında xeyli məlumat öyrəndiyim Azərbaycan multikulturalizmi modeli - əsrlərlə qardaşcasına yaşayan fərqli etnik köklərə və müxtəli dini inanclar sisteminə etiqad edən insanların mənəvi birliyi kimi yaddaqalandır”.

Jerar Kardon görüş əsnasında qeyd edib ki,  ölkəmizə səfərinin məqsədi buranın mədəniyyəti, adət-ənənələri ilə tanış olmaqla yanaşı, Azərbaycan qadınları haqqında kitab yazmaq arzusudur. Qonaq bildirib ki, qadınlarla bağlı belə bir layihəni dünyanın bir sıra ölkələrində gerçəkləşdirib. Bu layihədə məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsilə təqdim etməkdir. Jerar Kardon bildirib ki,  Azərbaycan qadınlarına həsr olunmuş əsəri iki hissədən ibarət roman şəklində yazmağı planlaşdırır. Birinci hissədə Azərbaycan qadınlarının həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması  işıqlandırılacaq, ikinci hissədə isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşən, Xocalı faciəsində erməni separatçıları tərəfindən əzizləri qətl edilən, müsibətlərlə üzləşən qaçqın Azərbaycan qadınının taleyi yer alacaq.

Dövlət müşaviri Jerar Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədi ilə ölkəmizə səfər etməsini yüksək dəyərləndirib və qeyd edib ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrə böyük önəm verir, ictimai-siyasi həyatda fəal iştirak edir, mühüm dövlət vəzifələrində təmsil olunurlar. Kamal Abdullayev fransız yazıçısının ölkəmizdə yaşayan müxtəlif etnik mənşəyə malik Azərbaycan qadınları ilə ünsiyyət və görüşlərin yazılacaq kitabda yer almasının daha çox oxucu kütləsinin marağına səbəb olacağına inandığını  qeyd edib.

Görüş zamanı Jerar Kardon Kamal Abdullanın dünyanın bir çox aparıcı dilləri ilə yanaşı fransız dilinə də tərcümə olunmuş bədii yaradıcılığı ilə tanış olduğunu diqqətə çatdırıb. Yazıçı Kamal Abdulla Jerar Kardonun istəyi ilə onun üçün fransız dilində nəşr edilmiş “Yarımçıq əlyazma” kitabını imzalayıb.

Sonda qonağa BBMM-in nəşrləri və Mərkəzin hədiyyələri təqdim olunub. 

1news.az

Paylaş:
536

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər