Mübariz Əhmədoğlu: Beynəlxalq Qırmızı Xaç Komitəsi neytral mövqeyini işğala dəstək istiqamətində dəyişir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Beynəlxalq Qırmızı Xaç Komitəsi neytral mövqeyini işğala dəstək istiqamətində dəyişir

12:33 - 17 / 01 / 2017
Mübariz Əhmədoğlu: Beynəlxalq Qırmızı Xaç Komitəsi neytral mövqeyini işğala dəstək istiqamətində dəyişir

Beynəlxalq Qırmızı Xaç Komitəsinin həssas və spesifik məsələ ilə məşğul olduğunu indi hamı bilir. Dünyanın əksər yerlərində onun fəaliyyəti şübhə doğurmur, xoşluqla qarşılanır. Dağlıq Qarabağ münaqişəsi regionunda isə BQXK-nin fəaliyyəti bəzi kriteriyalara cavab vermir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu şəhid olduqdan sonra cənazəsinin qaytarılmaması xəbərini şərh edərkən bildirib:

“2016-cı ilin aprel döyüşləri zamanı BQXK meyitlərin mübadiləsi ilə məşğul olarkən ciddi maneələrlə üzləşdi. Ermənilər bir neçə dəfə ATƏT MQ və BQXK ilə meyitlərin  mübadiləsi barədə əldə olunmuş razılaşmanı pozdular. O vaxt bunu Dağlıq Qarabağda olan keçmiş Qarabağ döyüşçüləri ilə əlaqələndirmək mümkün idi;

Nizami ordu və ya Ermənistan Müdafiə Nazirliyi ATƏT MQ-yə və BQXK-nə meyitlərin mübadiləsinə icazə verdiyi halda keçmiş Qarabağ döyüşçülərindən ibarət başı pozuq dəstə bu razılaşmanın reallaşmasına imkan vermirdi. Hətta BQXK-nin əməkdaşlarını silahla hədələnməsi barədə ehtimallar var idi. BQXK Ermənistanın  belə antihumanist mövqeyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinə maneçilik törətməsi ilə bağlı heç bir münasibət bildirmədi. Ən azı Ermənistanın sonrakı mövqeyi bunu göstərir”.

Politoloq qeyd edib ki, Cingiz Qurbanovun nəşinin qaytarılması beynəlxalq konvensiyaların və prezidentlərin Həştərxan razılaşmasının tələbidir.

“Bu məsələnin məsuliyyəti hər iki qrup sənəddə BQXK-nin üzərinə qoyulub. Ermənistan isə C. Qurbanovun nəşini qaytarmaq istəmir. Bu isə ilk növbədə Ermənistanın BQXK-nə hörmətsizliyidir. Bu hörmətsizliyi BQXK özü qazanıb.

Aprel döyüşləri başlanan kimi Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağdakı hərbi hospitallara tibbi ləvazimat payladı. Azərbaycan tərəfdə ölənlərin olmasına baxmayaraq heç kimə yardım etmədi. Əlbəttə Azərbaycanın belə yardımdan ehtiyacı yoxdur. Neytral görünmək naminə BQXK buna təşəbbüs göstərməli idi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin neytral  olmadığını, işğalçılığa dəstək verdiyini göstərən əlavə arqument də var. Dağlıq Qarabağ münaqişəsi regionunda itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi 10 ildən çoxdur ki, aktualdır. BQXK-nın rəqəminə görə 4500 itkin düşənlərdən 3700 Azərbaycana, 800 nəfəri isə Ermənistana məxsusdur. İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi isə sırf BQXK-nin kompetensiyasında olan məsələdir.

Bu işin  texniki tərəfləri var; İtkin düşənlərin  yaxınlarından bioloji materialların götürülməsi, müharibə regionunda kütləvi məzarlıqların aşkarlanması, meytlərdən bioloji materialların götürülməsi. BQXK 2007-ci ildən başlayaraq bu günədək azərbaycanlı itkin düşənlərin yalnız 15-20 faizinin qohumlarından bioloji material toplayıb. Belə ləng fəaliyyət işğalçılığa dəstək vermək anlamındadır. Fikrimizi izah edək:  2014-cü ilin oktyabrında prezidentlərin Paris görüşü zamanı BQXK- nin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinin davamı rəsmi bəyanata salınmışdır.

ATƏT-in Hamburq ministerialında ATƏT MQ həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının bəyanatında da BQXK-nin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə ən vacib məsələ kimi yanaşılıb. BQXK bioloji materialları təqdim etməyə hazır deyil. Ermənistan isə itkin düşənlərin siyahısının dəqiqləşməsinə razı deyil. Çünki məzarlıqların aşkarlanması üçün bir qrup azərbaycanlı vaxtı ilə müharibə getmiş ərazilərə getməlidir. Dağlıq Qarabağ azərbaycanlılarının istənilən adla Dağlıq Qarabağa getməsi Ermənistanın işğalçı maraqlarına ziddir; Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlıları görüşüb, söhbətləşə bilərlər.

Beləliklə tənzimlənmə prosesi S.Sərkisyanın nəzarətindən çıxa bilər. Digər səbəb də Ermənistanın əleyhinədir. Ermənilərin versiyasına görə məzarlıqlarda yatanların böyük əksəriyyəti ermənilərdir. Amma DNT analizi ölənlərin əksəriyyətinin ermənilər deyil, azərbaycanlılar olduğunu sübut edəcək. Beləliklə ermənilərin Qarabağ müharibəsi barədə yalanları beynəlxalq ictimaiyyətə məlum olacaqdır. Ona görə də Ermənistan itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi prosesində maraqlı deyil. Amma Ermənistan ciddi təpki qarşısında bu prosesə maneçilik də edə bilməyəcək. Ona görə, əsas variant kimi BQXK-nin bioloji materialları hazırlamaması həlledici rol oynayacaq”.

M.Əhmədoğlunun fikrincə, ATƏT MQ insidentlərin tədqiqi mexanizminə vəsait axtarmaq əvəzinə BQXK-nə bioloji materialların toplanması işinə dəstək verməsi daha vacibdir:

“BQXK-nin xristian missiyalı təşkilat olduğunu nəzərə alaraq bəzi fikirləri onların nəzərinə çatdırmağı vacib hesab edirik. Dağlıq Qarabağ münaqişəsinin iki tərəfi var. Azərbaycan və Ermənistan Respublikaları. Dini prizmadan Ermənistan və ermənilər Azərbaycan və azərbaycanlılar tam fərqli müstəvilərdədir. Ermənistan  və ermənilər ilk baxışda xristiandırlar. Reallıqda onlar xristianlıq adından sui-istifadə edərək qarşıdurma yaratmaqla məşğuldurlar. Osmanlı dövründə ermənilər xristian dini mənsubiyyətini qoruyub saxlayan yeganə xalq idilər. Səbəbi bəllidir.

Osmanlı imperiyasına belə lazım idi. Osmanlıya lazım olanda ermənilər Avropa dövlətlərində Osmanlının xeyrinə casusluqla məşğul idilər. Katolik kilsələrini dağıdırdılar. Bəzilərinin yerində erməni kilsəsi tikirdilər. Eləcə də ermənilər Osmanlının maraqlarına uyğun olaraq Rus Pravoslav Kilsəsinə də qarşı mübarizə aparıblar.

Azərbaycan dövləti və Azərbaycan xalqı xristian dünyası ilə təmasda olan  yeganə müsəlman dövlət və xalqdır. Azərbaycanlılar ən çox avropalaşmış müsəlmanlardır. Əslində bu günün özündə də Azərbaycan İslam dünyası ilə Xristian dünyasının yaxınlaşması ilə məşğuldur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin İslam-Xristian kəsişməsindəki fəaliyyətinin neytrallığı pozması, işğalçılığa dəstək verməsi daha böyük fəsadlar yarada bilər”.

1news.az

Paylaş:
633

Son xəbərlər

İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33
Bütün xəbərlər