Savelyev: Azərbaycan dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir | 1news.az | Xəbərlər
Siyasət

Savelyev: Azərbaycan dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir

16:25 - 17 / 01 / 2017
Savelyev: Azərbaycan dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir

“Prezident ilham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Bu, əlbəttə, islamın radikallaşdırılmasına qarşı mübarizəyə və quruculuq məqsədləri üçün qüvvələrin birləşdirilməsinə yönəlmiş mühüm addımdır”.

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Rusiyalı parlamentarinin fikrincə, məhz 2015-ci ildə Birinci Avropa Oyunlarının paytaxtı olmuş Azərbaycanın bu il İslam Həmrəyliyi Oyunlarının paytaxtı olması dərin rəmzi məna daşıyır. D.Savelyev deyib:

“Məhz bu ölkə dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir. Bunun sayəsində əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan, məsələn bugünkü Avropanın üzləşdiyi onlarca problemlərlə heç vaxt qarşılaşmayıb. Hüquq bərabərliyi, bütün millətlərin və dinlərin dostluğu və sülh – budur Azərbaycan. İdman isə böyük birləşdirici qüvvədir”.

RF Dövlət Dumasının deputatı əmindir ki, bu il may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları azarkeşlərə də güclü təsir bağışlayacaq. D.Savelyev vurğulayıb:

“Özü də təkcə ona görə yox ki, Azərbaycan bu cür tədbirləri həqiqətən möhtəşəm səviyyədə təşkil etməsi ilə ad çıxarıb, həm də Bakının fantastik gözəlliyi, onun sakinlərinin mehribanlığı, səmimiliyi sayəsində. Aralarında rusların, osetinlərin, gürcülərin, yunanların, polyakların da olduğu Bakı sakinlərinin hamısı qürurla özlərini multikultural Azərbaycanın vətəndaşları adlandırırlar”.

AZƏRTAC

Paylaş:
388

Son xəbərlər

FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51
Bütün xəbərlər