Əhməd Sami Elaydi: “İslam Həmrəyliyi İli” İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür | 1news.az | Xəbərlər
Siyasət

Əhməd Sami Elaydi: “İslam Həmrəyliyi İli” İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür

13:24 - 17 / 01 / 2017
Əhməd Sami Elaydi: “İslam Həmrəyliyi İli” İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi təsadüfi deyil. Azərbaycan dünya dövlətləri, xüsusilə İslam ölkələri ilə yaxşı əlaqələr qurub. Bu qərar Azərbaycanda 2016-cı ildə elan olunmuş “Multikulturalizm İli”nin məntiqi davamı hesab edilir. “İslam Həmrəyliyi İli” İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi bildirib.

O deyib ki, son illər Azərbaycanın dünya ölkələri ilə, beynəlxalq təşkilatlarla əlaqələrində mühüm inkişaf müşahidə olunur. Azərbaycan bu inkişafa həm də özünə şüar seçdiyi tolerantlıq və multikulturalizm, birgəyaşayış dəyərləri sayəsində nail olub. Əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri birgə yaşayırlar və bu ölkədə heç vaxt ayrı-seçkilik hallarına rast gəlinməyib. Əksinə, hər bir insan hiss edir ki, o, vahid fikirli bir ailənin içərisindədir. Şübhəsiz, Azərbaycanın müsəlman ölkələrinin yaxınlaşması, bu ölkələrlə dostluq əlaqələrinin yaradılmasında oynadığı rol Prezident İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsinə haqq qazandırır.

Əhməd Sami Elaydi qeyd edib ki, Azərbaycanın İslam dünyası ilə əlaqələrini inkişaf etdirməyə önəm verməsinin bariz göstəricisi onun bu il Dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsidir. Bu mühüm beynəlxalq hadisə təkcə idman tədbiri deyil, həm də siyasi, ictimai və mədəni hadisədir. Məlumdur ki, həmrəylik əməkdaşlıq, qarşılıqlı yardım, bir-birini dəstəkləmək deməkdir. Azərbaycan daim İslam ölkələrinə əməli dəstək göstərir, hər hansı müsəlman ölkəsində baş verən böhranların aradan qaldırılmasına yardım edir. Azərbaycan hər zaman sübut edib ki, İslam dünyasının problemləri ilə yaxından maraqlanan, müsəlman aləminin birliyinə çalışan bir ölkədir. Azərbaycan bütün dünyaya nümunə göstərir ki, müsəlman ölkələri bir-biri ilə münaqişə edən ölkələr deyil, əksinə inkişaf etmiş, bir-biri ilə həmrəy olan ölkələrdir. Azərbaycan keçmişlə müasirliyi özündə birləşdirir, Şərqlə Qərb arasında körpü rolunu oynayır. Bu ölkədə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda şiə və sünni müsəlmanları Qafqazın ən böyük məscidi olan Heydər məscidində bir yerdə vəhdət namazı qılıblar.

Mərkəzin direktoru bildirib ki, “İslam Həmrəyliyi İli” Azərbaycanın İslam dünyasını narahat edən bütün problemlərin həllində əməkdaşlığa, İslam həmrəyliyinə can atmasının bariz sübutudur. Azərbaycan, həmçinin bununla bütün dünyaya İslam ölkələrinin həmrəyliyi, inkişafı ilə bağlı nümunə təqdim edir. Təbii ki, bu il çərçivəsində görüləcək işlərin müsəlman ölkələrinin birliyinə, onların tərəqqisinə böyük təsiri olacaq.

1news.az

Paylaş:
611

Son xəbərlər

Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:18
Bütün xəbərlər