Mübariz Əhmədoğlu: Ermənistanın işğalçılıq iradəsinin davamı ona əlavə problemlər yaradacaq | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistanın işğalçılıq iradəsinin davamı ona əlavə problemlər yaradacaq

12:18 - 16 / 01 / 2017
Mübariz Əhmədoğlu: Ermənistanın işğalçılıq iradəsinin davamı ona əlavə problemlər yaradacaq

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatından görünür ki, onlar dövlət sərhədində hərbi insidentlərin araşdırma mexanizminin yaradılmasını aktuallaşdırıblar. Ermənistan-Azərbaycan sərhədində insidentlərin araşdırma mexanizmi Azərbaycanın maraqlarına cavab verir; qoy, ilk olaraq dövlət sərhədində insidentlərin araşdırma mexanizmi qurulsun və bu özünü doğrultsa sonradan qoşunların yeni təmas xəttinə də şamil edilə bilər.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib:

“Azərbaycanın bir əsgərinin nəşi Ermənistan ərazisindədirsə və Ermənistan respublikası onu vermək istəmirsə, bu zaman Azərbaycan yeni kampaniyaya başlaya bilər. Ermənistanın hal-hazırda minimum 20 min vətəndaşı  Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi xidmətdədir. Azərbaycan tərəfi Azərbaycan Respublikasının ərazisində həm Dağlıq Qarabağda, həm də 7 rayonda xidmət edən erməni hərbçilərinin adlarını, şəxsiyyətlərini müəyyənləşdirib İnterpol xətti ilə axtarışa verə bilər.  Bu kampaniyanın uğur qazanma şansı çoxdur. Çünki hal-hazırda Ermənistan  hərbi əsirlərin və meyitlərin mübadiləsində bir neçə dəfə həm  Beynəlxalq Qırmızı Xaç Komitəsini, həm də ATƏT-in Minsk Qrupunu inkar edib. ATƏT-in Minsk Qrupu həmsədrləri də Ermənistandan narazıdırlar”.

Politoloq qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında işğal olunmuş ərazilərdə hərbi xidmət keçmiş şəxslərin bir-birinin ərazisinə buraxılmaması ilə bağlı müqavilə imzalaya bilərlər.

“Belə olan təqdirdə Azərbaycan Abxaziya və Cənubi Osetiya ordusunda xidmət etmiş şəxsləri, Gürcüstan isə Dağlıq Qarabağda xidmət keçmiş Ermənistan vətəndaşlarını öz ərazisinə buraxmayacaq. Bu ermənilər üçün çox qısa müddət ərzində az qala öldürücü təsir edə bilər. Yada salmaq lazımdır ki, bir müddət S.Sərkisyan Gürcüstan-Ermənistan sərhədində yaşayan Gürcüstan vətəndaşları olan azərbaycanlıları sərhədi pozma bəhanəsi ilə tez-tez həbs etdirirdi. Sonradan Gürcüstan bunun qabağını ala bildi.

Təbii ki, ABŞ-ın dəstəyi də öz işini gördü. İndi artıq Ermənistan-Gürcüstan sərhədinin azərbaycanlılar yaşayan hissəsində demək olar ki, tam sakitlikdir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə Azərbaycan və Gürcüstan belə müqaviləni imzalaya və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçmiş ermənilərin Gürcüstan ərazisinə buraxılmaması ilə bağlı razılaşma əldə edə bilərlər. Hər halda ermənilər başa düşsünlər ki, indiki şəraitdə bu razılaşmanı əldə etmək elə də çətin deyil”.

M.Əhmədoğlunun fikrincə, Ermənistan XİN ATƏT-in Yerevan ofisinin fəaliyyətinin dayandırılmasını rəsmi Bakının ATƏT-in qərarına konsensus verməməsi ilə izah etməyə çalışır.

“İstisna etmirik. Əgər belədirsə, Ermənistan ATƏT MQ-nin qərarlarına hörmətlə yanaşsın. Həmsədrlərin  son bəyanatında prezidentlərin Həştərxan razılaşmasına istinad edilir. Həştərxan razılaşmasında əsas tələb bütün hərbi əsirlərin və meyitlərin qaytarılmasıdır. Başqa sözlə, Çingiz Qurbanovun nəşi, Dilqəm Əskərov və Şahbaz Quliyev Azərbaycana qaytarılmalıdır.

Qalan məsələləri rəsmi Bakı ATƏT-lə müzakirə edə bilər”.

1news.az

Paylaş:
638

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01
Bütün xəbərlər