Azərbaycan və Çexiya memorandum imzalayacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Çexiya memorandum imzalayacaq

20:25 - 15 / 01 / 2017
Azərbaycan və Çexiya memorandum imzalayacaq

“Çexiyaya iri neft tədarükçülərindən biri olan Azərbaycan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır”.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu barədə Trend-ə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Çexiya arasında enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum hazırlanır.

Səfir deyib ki, bu memorandumun imzalanması iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradacaq:

“Memorandumun layihəsi üzərində iş bitdikdən sonra sənəd Azərbaycanın energetika naziri Natiq Əliyevin Praqaya səfəri çərçivəsində imzalanacaq. Səfərin bu il baş tutacağı planlaşdırılır”.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrək Komitəsinin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsi 2016 ilin yanvar-noyabr aylarında 312,02 milyon dollar təşkil edib.

1news.az

Paylaş:
475

Son xəbərlər

Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41
Bütün xəbərlər