USD1.7202
EUR1.8529
RUB0.0298
Brent50.78
WTI48.07
Золото1 247.66
S&P 500 Index2 344.02
Nikkei 22519 041.38

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO 11.01.2017 11:11

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

1news.az

113baxışların sayı