Azərbaycan XİN: İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN: İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb

14:30 - 01 / 01 / 2017
Azərbaycan XİN: İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb

Azərbaycanın Xarici İşlər Nazirliyi yanvarın 1-də İstanbulda törədilən terror aktı ilə əlaqədar açıqlama yayıb.

1news.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, açıqlamada İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktı qəti şəkildə pislənib. “Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Xain və alçaq terror əməllərini törədənlər heç zaman qardaş Türkiyənin terrorizmə qarşı mübarizədə əzm və qətiyyətini sarsıda bilməzlər. Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”, - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, son məlumata görə, yaralananlar arasında Azərbaycanın iki vətəndaşı da müəyyən edilib. Azərbaycanın İstanbuldakı baş konsulluğu məsələ ilə əlaqədar Türkiyənin müvafiq dövlət orqanları və vətəndaşlarımızla davamlı təmasdadır. Əlavə məlumat olduqda ictimaiyyətə bildiriləcək.

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı İstanbuldakı “Reina” gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 69 nəfər isə yaralı var.

1news.az

Paylaş:
13313

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər