Zakir Həsənov: Aprel döyüşləri xalqımızın həmrəyliyinin bariz nümunəsidir | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov: Aprel döyüşləri xalqımızın həmrəyliyinin bariz nümunəsidir

12:22 - 29 / 12 / 2016
Zakir Həsənov: Aprel döyüşləri xalqımızın həmrəyliyinin bariz nümunəsidir

Müdafiə naziri Zakir Həsənov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik edib.

1news.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikamız hərtərəfli inkişaf edərək qabaqcıl ölkələr sırasında layiqli yerini tutub, bütün soydaşlarımızın qürur mənbəyinə, ümid yerinə çevrilib, dünya azərbaycanlılarının həmrəyliyi təmin olunub.

Ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir, dövlət müstəqilliyimiz möhkəmlənir, vətəndaşlarımızın maddi rifahı yaxşılaşır, ölkəmizin dövlət müstəqilliyi möhkəmlənir və müdafiə qüdrəti daim yüksəlir.

Aprel ayında düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusu bölmələrinin keçirdiyi qətiyyətli cavab tədbirləri nəticəsində işğal altında olan ərazilərimizin bir hissəsinin azad edilməsi hər birimizdə qürur hissi doğurdu. Bizləri sevindirən bu xəbər xalqımızın həmrəyliyinin bariz nümunəsidir. Əmin olun ki, növbəti qələbələrimiz naminə dünya azərbaycanlıları Sizinlə birlikdə olmağa hazırdır.

İnanıram ki, Azərbaycan Respublikasının Konustitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli Dövlət Bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız.

Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə və döyüş hazırlığında uğurlar arzulayıram”.

1news.az

Paylaş:
846

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!Bu gün, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”Bu gün, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər