Trampın prezidentliyinin beynəlxalq azad ticarət müqavilələrinə təsiri | 1news.az | Xəbərlər
Siyasət

Trampın prezidentliyinin beynəlxalq azad ticarət müqavilələrinə təsiri

14:45 - 28 / 12 / 2016
Trampın prezidentliyinin beynəlxalq azad ticarət müqavilələrinə təsiri

Dünyada qloballaşma əleyhinə gedən proseslər fonunda Tramp seçki kompaniyası zamanı ABŞ-da hazırda yaşanan iqtisadi problemlərə görə azad ticarət razılaşmalarını və Çinlə mövcud olan ticarət əlaqələrini günahlandırırdı.

Həqiqətən də, Çin ucuz istehsal xərcləri vasitəsilə istehsal sektorunun böyük hissəsini özünə çəkərək böyük  korporasiyalara gəlirlərini kəskin artırmaq imkanı yaratsa da, ABŞ-ın yerli istehsal səhələrinin məhv olmasına və işsiz qalmış narazı kütlənin formalaşmasına səbəb oldu.

İstehsalın Çində həyata keçirilməsi və böyük gəlirlərin əsasən korporasiyaların rəhbərlərinin və səhmdarlarının cibinə axması eyni zamanda qeyr-bərabərliyin kəskin artmasına gətirib çıxarıb. Trampın da bu sistemin dəyişməsini istəyən və istehsal sahələrinin bərpasını tələb edən narazı kütlənin maraqlarına xidmət edən seçki kompaniyası aparması seçkilərin nəticəsinin gözlənilməz olmasına gətirib çıxardı. Seçki kompaniyasında irəli sürülən bəzi fikirlər o qədər ağlasığmaz idi ki,  bir çoxları Trampın dediklərinin sadəcə seçki kompaniyası xətrinə olduğunu düşünürdü. Lakin, seçildikdən sonra onun formalaşadırdığı komanda və elan etdiyi gündəliyi onun böyük əhəmiyyət kəsb edən bir çox vədlərinə sadiq qalacağını və onları reallaşdıracağını deməyə imkan verir.

Bu vədlərdən biri də Amerikanın Trans Pasifik  Tərəfdaşlığını (TPT) tərk etməsidir. İlk baxışdan ABŞ-ın böyük strateji əhəmiyyətə malik olan bu layihəni tərk edəcəyi real görünməsə də, Tramp seçildikdən sonra ilk yüz gün üçün gündəliyini elan edərkən Amerikanın bu əməkdaşlıqdan çıxacağını bir daha elan etdi. Obama adminstrasiyasının on ilə yaxındır ki üzərində çalışdığı və demək olar ki, yekunlaşdırdığı bu layihəni ABŞ-ın tərk etməsi həm onun Asiyadakı strateji mövqeyinə, həm də cənub-şərqi Asiya dövlətlərinin iqtisadiyyatına böyük zərbə olacaq. Cənub-şərqi Asiya dövlətləri üçün böyük Amerika bazarına çıxmaq baxımından böyük əhəmiyyət kəsb edən bu layihəni ABŞ-sız davam etdirilməsi isə onlar üçün mənasızdır. Bunu Yaponiyanın baş naziri Şinzo Abe də Trumpın TPT-ni tərk etmək fikrinə münasibət bildirərkən qeyd etmişdir. TPT-ni regionun dövlətləri üçün həm də onun ticarət əlaqələri və iqtisadiyyat üzərində dövlət nəzarətinin azalmasına imkan verməsi daha da cəlbedici edirdi.   

Hələ ABŞ-ın keçmiş prezidenti Bill Klintonun dövründə qəbul edilmiş Şimali Amerika Azad Ticarət Razılaşması Amerikanın istehsal müəsisələrinin Meksikaya köçməsinə səbəb olduğu üçün son illər böyük tənqidə məruz qalmışdı. Belə bir şəraitdə Vaşinqtonun yenidən bu formada və bundan daha böyük əhəmiyyət kəsb edən azad ticarət razılaşmasının əldə etməyə çalışması istehsal sahəsində işləyən əhalinin kəskin narazılığına səbəb olmuşdur. Əslində TPT-nin həyata keçirilməsinin arxasında iqtisadi inkişafın təmin edilməsi məqsədi dayansa da, TPT hökumətə olan narazılıqların daha da alovlanmasına yol açaraq sonda Amerikanın  iqtisadi və siyasi gücünü azaldacaq bir namizədin seçilməsinə dolayı yolla yardım etmiş oldu. 

Lakin, TPT-nin məqsədi ənənəvi ticarət razılaşmalarından fərqli olaraq əsasən tariflərin azaldılmasına yönəlməmişdi və onu fərqləndirən bir çox cəhətlər var idi, hansılar ki, bu razılaşmanın daha çox strateji xarakter daşımasına və Amerikanın Asiyadakı mövqeyinin daha da möhkəmlənməsinə  xidmət edirdi. Burada daha böyük əhəmiyyətə malik olan əsas dörd cəhəti qeyd etmək olar: İntelektual kapitalın idarə edilməsi qaydalarının dəyişdirilməsi, işçi qüvvəsinin hüquqlarının qorunması, ekologiya və təbii sərvətlərin qorunması və dövlət təşkilatlarına dövlət dəstəyinin məhdudlaşdırılması. 

Razılaşmada əksini tapan bu tələblərin təhlili onu göstərir ki, məhz qeyd edilən bu məsələlərə Çində riayət olunmaması ona uzun illər ədalətsiz şəkildə aşağı istehsal xərcləri ilə rəqabət apararaq Amerikanın istehsal sahələrinin özünə cəlb etməsinə imkan vermişdir. Çində məhsul istehsalını ucuz edən əsas amillər işçilərin hüquqlarının pozularaq daha aşağı əmək haqqı ilə istismar edilməsi, ekoloji təmizliyə riayət edilmədiyindən ekologiya xərclərinin olmaması, məhsulların rəqabət qabiliyyətinin artırılması üçün Yuanın ucuz saxlanılması və dövlətin istehsal müəsisələrini subsidiyalaşdıraraq süni ucuzlaşmanı təmin etməsi idi. Buradan o nəticəyə gəlmək olar ki, TPT-nin əsas tələblərinin Çində istehsal edilən məhsulların rəqabət qabiliyyətini artıran cəhətlərə qarşı olması və öz regionunda yerləşməsinə baxmayaraq Çinin bu tərəfdaşlığa qoşulmaması təsadüfi deyildir. Bu məsələlər razılaşmanın strateji əhəmiyyətini ortaya qoyur. Yəni, Obama adminstrasiyası da Çinlə iqtisadi əlaqələrin Amerika iqtisadiyyatına vurduğu zərəri yaxşı anlayırdı və bu razılaşma vasitəsilə onlar Çinin ədalətsiz rəqabətinin qarşısını almağa çalışırdılar. TPT vasitəsilə cənub-şərqi Asiya dövlətlərinin Amerika bazarına yönəldilməsi  Çinin cənub-şərqi Asiya regionunda həm iqtisadi, həm də siyasi təsirini azaldaraq gələcəkdə Pekinin də bu razılaşmanın şərtlərini qəbul edərək TPT-yə qoşulmasına məcbur edəcəkdi. Hətta, Çin daxilindəki liberallar belə Çinin nə vaxtsa TPT-yə qoşulmaq üçün daxili bazarda dövlət nəzarətini azaltmağa məcbur olacağına inanırdılar.

Obama administrasiyasının Çinə qarşı mübarizədə bu metodu seçməsi daha səmərəli addım kimi qiymətləndirilə bilər. Çünki, Amerikada iş yerlərini itirmiş narazı kütləni və onların siması olan Trumpı ancaq istehsal sahələrinin yenidən bərpası maraqlandırdığından  onlar  Çinin Amerika iqtisadiyyatına vurduğu zərərlə yanaşı verdiyi xeyri görə bilmirlər. Çin əsrin əvvəlində Ümumdünya Ticarət Təşkilatına qoşulduqdan sonra Amerikanın istehsal sahələrini özünə cəlb etsə də, bu ölkənin və böyük korporasiyaların varlanmasında da böyük böyük paya malik olmuşdur. Ona görə də Çinə qarşı mübarizədə Trumpın üstünlük verdiyi Çindən idxal üzərinə tarifləri qaldırılması və TPT-nin tərk edilməsi kimi sərt vasitələr böyük korporasiyalara və nəticədə ümumi iqtisadi sistemə böyük zərbədir.  Buna görə də Çinlə iqtisadi əlaqələrin kəskin şəkildə dəyişməsinin Amerikanın iqtisadi problemlərini həll etməyəcəyini əksinə ümumi iqtisadi artıma mənfi təsir edəcəyini proqnozlaşdırmaq çətin deyildir.

ABŞ-ın TPT-ni tərk etməsinin diqqət çəkən nəticələrindən biri də Çinin cənub-şərqi Asiya regionunda hegemonluğunun artması olacaq. Amerika tərəfindən təzyiqlərə məruz qalan Çinin iqtisadi potensialı zəifləsə də, o bu zərəri öz siyasi mövqeyinin güclənməsi ilə kompensasiya edə biləcək. Trumpın proteksionist siyasəti Amerika bazarının regionun digər dövlətləri üçün də bağlanması deməkdir. Bu halda Amerika bazarına alternativ Çin bazarıdır ki, bu dövlətləri də Çinin regionda siyasi gücünün artması narahat etdiyindən onlar Çinlə ticarət əlaqələrinin daha da inkişaf etdirilməsindən çəkinirlər.  

Beləliklə, TPT-nin dayandırılmasını proteksionizmin liberal iqtisadiyyat və qloballaşma üzərində qələbəsinin ən parlaq nümunəsi hesab etmək olar. Bu tərəfdaşlığa dünya dövlətləri XXI əsrin qalan hissəsində beynəlxalq iqtisadi münasibətləri müəyyənləşdirəcək əsas  hadisə kimi yanaşırdılar. Onunla razılaşmaq olar ki, qloballaşma və liberal iqtisadiyyat dünyada qeyri-bərabərliyin kəskin artmasına gətirib çıxarmışdır. Ancaq onu da unutmamalıyıq ki, məhz bu iqtisadi sistem onillər boyu bir çox Asiya dövlətlərini kasıblıqdan qurtarmış və dünyada baş verən böyük iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olmuşdur.

Orxan Bağırov

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, məsləhətçi ekspert

Paylaş:
2405

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər