Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

09:56 - 03 / 11 / 2016
Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

Dünya Azərbaycanlıları Assambleyasının  (DAA) təşkilatçılığı ilə 4 fevral 2017-ci ildə Dünya Azərbaycanlılarının Köln Forumunu keçiriləcək.

Bu haqda 1news.az-a məlumat verən DAA-nın prezidenti Rəşad Quliyev bildirib ki, tədbir Almaniyanın Köln şəhərində təşkil olunacaq.

Assambleyanın prezidenti bildirib ki, tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diaspor fəalları ilə yanaşı, Almaniyada fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, millət vəkillərinin, bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edəcək. Forumun ilk iki saatında “Vision of Azerbaijan” (Azərbaycanın mənzərəsi) adı altında Azərbaycan musiqisi, tarixi, mədəniyyəti, mətbəxi, incəsənəti, turist bölgələrinin təqdimatı olacaq.

Daha sonra bu il almanların Azərbaycana köç etməsinin 200 illi tamam olduğu üçün forumda həmin hadisəyə həsr olunan film nümayiş olunacaq. Bundan başqa, “Mədəniyyətlər və dinlərarası dialoq: Azərbaycan nümunəsi” mövzusunda müzakirələr nəzərdə tutulub. Forumda müzakirə olunacaq digər məsələlər bunlardır:

- Dünya azərbaycanlılarının durumu, problemləri, onların həlli yolları, qarşıda duran vəzifələr. Gürcüstan, İran, Dərbənddə, İraqda,  eləcə də başqa ölkələrdə kompakt yaşayan soydaşlarımızın vəziyyəti;

- Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi;

- DAA-nın fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyaların həyata keçirilməsi.

Toplantıya Azərbaycan hökumət nümayəndələri, Diaspora Komitəsi rəhbərliyi, millət vəkilləri və bir sıra fəal ictimai-siyasi qurumların təmsilçiləri də dəvət olunacaqlar.

Bu forumun digər məqsədi dünyaya yayılmış soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məslələri müzakirə etmək, bundan başqa, Azərbaycan təşkilatlarının bir-biriləri ilə sıx qarşılıqlı əlaqələrin yaranmasına töhfə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir.

Forumda iştirak etmək istəyənlər aşağıdakı e-mail ünvana müraciət edə bilər:

[email protected]  

1news.az

Paylaş:
1579

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər