Bakı Qarabağa muxtar respublika statusunun verilməsini istisna etmir | 1news.az | Xəbərlər
Siyasət

Bakı Qarabağa muxtar respublika statusunun verilməsini istisna etmir

13:14 - 18 / 10 / 2016
Bakı Qarabağa muxtar respublika statusunun verilməsini istisna etmir

Dağlıq Qarabağ üzrə kompromislər mümkündür, region muxtar respublika ola bilər, bu haqda  Azərbaycan Prezidenti İlham Əliyev RİA Novostiyə verdiyi müsahibəsində bəyan edib.

 “Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi ilə məqbul kompromislər mümkündür.  Eləcə də Dağlıq Qarabağın ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı da mümkündür.  Biz, münaqişənin həllini bu cür görürük”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində komrpomislər mümkün deyil:

“Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

Qeyd edə ki, Azərbaycan hökuməti hərbi münaqişə nəticəsində Dağlıq Qarabağa nəzarəti itirib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1988-ci ilin fevralında Azəbaycan SSR-in tərkibindən çıxmasını bəyan edib. 1991-ci ilin sentyabrında Xankəndi Dağlıq Qarabağ respublikasının yaranmasını elan edib. 1992-ci ildən münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparılır. Azərbaycan ərazi bütövlüyü təkid edir. Ermənistan isə qondarma respunblikanın maraqlarını müdafiə edir. 

 

Paylaş:
1035

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər