Millət vəkili: Konstitusiyada ediləcək dəyişiklik vətəndaşlıq məsələsi ilə bağlı çaşqınlığı aradan götürəcək | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkili: Konstitusiyada ediləcək dəyişiklik vətəndaşlıq məsələsi ilə bağlı çaşqınlığı aradan götürəcək

10:32 - 02 / 09 / 2016
Millət vəkili: Konstitusiyada ediləcək dəyişiklik vətəndaşlıq məsələsi ilə bağlı çaşqınlığı aradan götürəcək

Millət vəkili Vüsal Hüseynov növbəti dəfə şəxsi Facebook səhifəsində Konstitusiyada dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsində yer alan maddələrlə bağlı fikirlərini bölüşüb.

1news.az xəbər verir ki, millət vəkilinin yazdığına görə, Konstitusiyanın vətəndaşlıq hüquqnun təminatı ilə bağlı 53-cü maddəsinə təklif edilən dəyişiklikdə müəyyən edilir ki, Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmə ilə bağlı yer alan “heç bir halda” tələbi Konstitusiyadan çıxarılsın və qanunla müəyyən edilmiş itirilmə halları istisna kimi əlavə edilsin:

“Konstitusiyanın mətnində mövcud “heç bir halda” ifadəsi müxtəlif vaxtlarda, xüsusilə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna edilən əlavə və dəyişiklər zamanı müzakirələrə səbəb olub və bəzi hallarda ictimaiyətdə çaşqınlıq yaradıb. Buna səbəb qanunvericiliyimizdə yer alan “vətəndaşlıqdan məhrumetmə”və “itirilmə” anlayışları arasındakı fərqə diqqət yetirilməməsi və ya qismən bununla bağlı qeyri-müəyyənliklə bağlı olub.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunda artıq “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla vətəndaşlığın itirilməsi üçün əsaslar müəyyən edilib”.

Dediklərinə nümunə gətirən V.Hüseynovun sözlərinə görə, Qanuna əsasən, Azərbaycan vətəndaşının digər ölkənin vətəndaşlığını könüllü əldə etməsi və ya xarici dövlətin silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etmək belə hallar üçün əsas hesab edilir. Bu halda vətəndaşlığın itirilməsi Qanunda müəyyən edilmiş şərtlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Belə istisnalar beynəlxalq tələblərə uyğundur.

“Konstitusiyaya təklif edilən dəyişikliklər vətəndaşlığa xitam verilməsi üçün heç bir yeni əsaslar və hüquqi çərçivə özündə daşımır, tam tərsi, bu istiqamətdə tamlığı təmin edəcək və çaşqınlığı aradan götürəcək”- deyə, millət vəkili qeyd edib.

Mövzu ilə əlaqədar:

Vüsal Hüseynov: Dəyişkən konstitusiyalar ictimai rəyin nəbzini daha asanlıqla tuta və insanların düşüncələrini əks etdirə bilir

Vüsal Hüseynov “Meydan TV”-yə cavab verdi

Vüsal Hüseynov: “Prezident institutunun güclənməsi hakimiyyətin digər qollarının zəiflədilməsi demək deyil”

1news.az

 

Paylaş:
1160

Son xəbərlər

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİBBu gün, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEOBu gün, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlibBu gün, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilibBu gün, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilibBu gün, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilibBu gün, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki havaBu gün, 15:19Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılırBu gün, 15:08Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıbBu gün, 14:59Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - FOTOBu gün, 14:53Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədirBu gün, 14:49Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verdiBu gün, 14:35İtkin düşən Gülalı Dadaşov 30 il sonra dəfn edildi - FOTOBu gün, 14:27Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 14:19İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edirBu gün, 14:16Dərman preparatları və tibbi ləvazimatların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıbBu gün, 14:08Bu gün Xalq artisti Arif Quliyevin anım günüdürBu gün, 13:55“Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib”Bu gün, 13:52İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılırBu gün, 13:47
Bütün xəbərlər