Bundestaqın deputatı: Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Bundestaqın deputatı: Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır

11:03 - 26 / 07 / 2016
Bundestaqın deputatı: Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır

Almaniya Bundestaqının üzvü, parlamentdə Xristian-Sosialistlər İttifaqının (XSİ) regional fraksiyasının baş katibi Maks Straubinger Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğusuna cavab olaraq açıqlama verib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, açıqlamada deyilir:

“Almaniya parlamentində XSİ regional fraksiyası üçün tam aydındır ki, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyünə hörmət şübhə altına alınmamalı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməlidir. Şübhəsiz ki, Azərbaycan ərazilərinin beynəlxalq hüquqa zidd olan işğalına son qoyulmalı və məcburi köçkünlərə öz evlərinə geri qayıtmağa şərait yaradılmalıdır. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun stabilləşdirilməsinə töhfə verəcək”.

Almaniya Bundestaqının üzvü bildirib ki, 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar nəticəsində sülh sazişi (“Madrid prinsipləri”) üçün ərazi bütövlüyü, münaqişənin sülh yolu ilə həlli və xalqların öz müqəddəratını həll etmək prinsiplərinə əsaslanan səmərəli yolu tapıldı. Təəssüf ki, kifayət qədər vaxt sərf olunmasına baxmayaraq, danışıqlarda tərəqqi baş vermədi. Hətta 2016-cı ilin aprel ayında münaqişə yenidən alovlandı və bu, hər iki tərəfdən mülki insan itkisinə səbəb oldu. “Biz bu gərginləşmə ilə bağlı təəssüfümüzü bildirir, xüsusilə də mülki əhalinin həlak olması faktını pisləyirik”, - deyə açıqlamada qeyd edilir.

XSİ regional fraksiyası hesab edir ki, Almaniya hazırda ATƏT-in sədri qismində münaqişənin yenidən alovlanmasının qarşısını almaq və sülhə gətirəcək yolun tapılması üçün əlindən gələni etməyə məsuliyyət daşıyır. Ona görə də biz möhkəm atəşkəs, etimad quruculuğu tədbirləri və danışıqların yenidən başlanmasını istəyirik. Almaniya hökuməti, həmçinin bu hədəflərin həyata keçməsi üçün kampaniya aparır: xarici işlər naziri Frank-Valter Ştaynmayer bu yaxınlarda siyasi danışıqlar aparmaq üçün Cənubi Qafqaza səfər etmişdi. İyulun 1-də Tbilisidə keçirilən ATƏT Parlament Assambleyasının konfransında o, düzgün olaraq vurğuladı ki, ATƏT ərazisində dalana dirənmiş münaqişələrin sürətli və sürpriz həllini gözləmək olmaz. Lakin Almaniya tədricən tərəflər arasında minimum qarşılıqlı inamın yaranmasına və orada yaşayan əhalinin gündəlik həyatının asanlaşdırılmasına çalışır.

Xarici işlər naziri əmin etdi ki, Almaniya intensiv şəkildə çalışacaq ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin missiyasının komandası artsın və hərbi insidentlərin tədqiqat mexanizmi yaradılsın, daha gücləndirilmiş monitorinq vasitəsilə atəşkəs rejiminin sabitləşməsinə nail olunsun. Bundan sonra ciddi danışıqların aparılması üçün ilk addım atmaq mümkün olacaq. Bundan əlavə, Almaniya çalışır ki, ATƏT-in Minsk qrupu danışıqlar prosesini yenidən canlandırsın və intensivləşdirsin. Məqsəd status-kvonu möhkəmləndirmək deyil, münaqişənin həlli prosesində tərəqqiyə nail olmaqdır. Bu ikitərəfli yanaşma XSİ regional fraksiyası tərəfindən dəstəklənir. Lakin qarşı tərəflərin rolu çox mühümdür: onlar münaqişədə istənilən gərginləşmədən imtina etməli və danışıqlar prosesini çətinləşdirən şərtlər qoymaqdan çəkinməlidirlər. Əks təqdirdə, real dialoqa nail olmaq mümkün olmayacaq.

1news.az

Paylaş:
627

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər