Seyran Ohanyan öz prezidenti - Serj Sarkisyanı yalan danışmaqda necə ittiham etdi | 1news.az | Xəbərlər
Siyasət

Seyran Ohanyan öz prezidenti - Serj Sarkisyanı yalan danışmaqda necə ittiham etdi

13:39 - 15 / 04 / 2016
Seyran Ohanyan öz prezidenti - Serj Sarkisyanı yalan danışmaqda necə ittiham etdi

Rəhman Hacıyev, 1news.az-ın baş redaktoru

Ermənistan müdafiə naziri Seyran Ohanyan növbəti dəfə mübahisəli bəyanat səsləndirib.

Ohanyanın sözlərinə görə, “2-5 aprel tarixlərində Qarabağda baş verən toqquşma zamanı Azərbaycan  heç bir strateji mövqe tutmayıb, ordusu əhəmiyyətli dərəcədə irəliləməyib” ( Sitat RİA Novostiyə istinadən verilib).

 “200-500 metr məsafədəki ərazidə müəyyən yerdəyişmə olub, nə bizim, nə də onlar tərəfindən müdafiə olunmayan həmin ərazi əsasən qorunmur və büzüm üçün əhəmiyyətli məna daşımır. Təmas xəttindəki bugünki mövqelər erməni tərəfinin nəzarəti altındadır”, -deyə agetliyik Ohanyanın sözlərini sitat göstərir.

Lakin bununla Ohanyanın sürprizləri bitmir.

Ermənistan hərbi nazirliyinin rəhbəri İrəvanın Azərbaycan ordusundan daha artıq texniki üstünlüyə malik ordusu olduğunu bildirib. O,  əsasən “Bakının sahib olmadığı hərbi vasitələrinin olduğunu” qeyd edib.

“Bizim istifadə etmədiyimiz elə vasitələr var ki, qarşı tərəf ona sahib deyil. Silahlanma prosesi daim davam edir. SQ-də islahatlar çərçivəsində biz hərbi texnika və silahlanmanın ikinci mərhələsinə keçmişik”, - Ohanyan iddia edib.

Bu kontekstdə Ohanyana onun rəhbəri –Ermənistan prezidenti Serj Sarkisyanın sözlərini xatırlatmaq yerinə düşər. Bu sözləri o, Almaniyada kansler  Anhela Merkellə birgə mətbuat konfransında səsləndirib.

Bir neçə gün əvvəl, məhz aprelin 6-da Sarkisyan bəyan edib ki, “Azərbaycan bu gün daha müasir silah növlərinə sahibdir”. Ermənistan isə onun sözlərinə görə “əsasən 1980-ci illərin silahı ilə döyüşür”.

Fotoda: ermənilərin məhv edilən tankını başlığı ( mənbə: Federal xəbər agentliyi)

Başqa sözlə ya Ohanyan hansısa gizli silah növündən danışır ( silahın soyuq müharibə dövründən qalması ehtimalı ola bilər, qarajda qalıb pas atmayıbsa)  və Serj Sarkisyanı yalan danışmaqda günahlandırır, yaxud böyük ehtimalla özü üzsüzcəsinə yalan danışır.

Buna  erməni tərəfin cəbhə xəttindəki eskalasiya zamanı Azərbaycanın istifadə etdiyi silahlardan narahatlıq keçirməsi də işarə edir. Azərbaycanın həmin silahı etməni hərbçilərini dəhşətə gətirib..  

Bu mənada Sarkisyan RF baş naziri Dmitri Medvedyevlə görüşündə də narahat görünürdü. Yerində otura bilmir qurdalanırdı. Ermənistan prezidenti şikayət edirdi ki, Rusiya Azərbaycana silah satmaqda davam edir, hansını ki, ermənilərin almağa imkanı yoxdur.

Analaloji bəyanatla çıxış edən erməni baş nazir Ovik Abramyan Rusiyanı Azərbaycana silah satmamağa çağırıb.

Daha sonra məlum olduğuna görə, oxsar müraciət ermənilər tərəfindən İsrailə də göndərilib, cünki bu ölkə silahların modernləşdirilməsi sahəsində Azərbaycanın tərəfdaşıdır.

Bütün hallarda Ermənistanın müraciəti geri çevrilib və birmənalı olmayan cavab verilib.

Öz gücsüzlüyünü hiss edən erməni hakimiyyəti ilk növbədə Rusyaya qarşı yönələn belə demək mümkünsə, “ictimai etiraza” əl atdı. Erməni hakim dairələrinin fikrincə, bu Moskvaya kütlənin strateji müttəfiqdən narazılığını nümayiş etdirəcək. Lakin bu vasitə də işə yaramadı.

RF baş nazirinin müavini Raqozinin sözləri bu məsələ ilə bağlı Ermənistana ünvanlanan sonuncu cavab oldu. “Azərbaycana silah satmağa davam edəcəyik, cünki bu heç bir beynəlxalq qanunu pozmur.

Bu kontekstdə Ohanyanın sözləri ən azından gülməli görünür.

Erməni silahlı qüvvələrinin üstünlüyündən danışan Ohanyan, həm də bildirir ki, aprelin əvvəlində aparılan döyüşlər Ermənistan üçün heç bir əhəmiyyət daşımayan mövqelər uğrunda aparılıb. Yəni nazirin sözlərindən belə çıxır ki, ən azı 74 erməni ordusunun əsgəri (əslində isə onların sayı daha çoxdur) erməni hakimiyyətinə tamamilə lazım olmayan torpaqlara görə həyatından keçib.

Başqa sözlə, başqa torpağa göndərilən gənc insanlar ( demək olar ki, bütün ölən erməni əsgərləri Ermənistan Respublikasından gələn çağırışçılardır) bir nişangah əti kimi qurban verilib.

Bunu eşitmək erməni analarına xoş olardımı, halbuki onları işğal olunmuş Dağlıq Qarabağla yalnız hakimiyyətdə qalmağa can atan liderlərin saxta ideologiyasından başqa heç nə bağlamır.

Ohanyan öz sözlərinin belə vicdansız məzmunu haqqında heç düşündüm?. Çox güman ki, bu sözlər onun o qədər də yüksək ağıla sahib olmadığını  və ya təbliğat xarakterli sayıqlamaları əsnasında ( başçısı S.Sarkisyan kimi) ağzından qıçırdığını göstərir.    

Həqiqətdə isə həm bu, həm də digər mülahizənin yeri var.

Ohanyanın sözlərindən bizim fikrimizcə, aydın görünür ki, erməni hakimiyyəti üçün Dağlıq Qarabağ heç bir dəyər kəsb etmir, yalnız kütləni zombiləşdirmək və hakimiyyəti saxlamaq üçün bir vasitədir. Kütlənin özünə gəlincə, onların həyatı hakim dairəni qətiyyən narahat etmir. Əsas odur ki, artıq heç nə danışmasınlar, amma lazım olanda “heç bir əhəmiyyət daşımayan mövqelərə” görə qüllə altına getsinlər.

Ən təəccüblüsü isə budur ki, iqtisadiyyatın faciəvi vəziyyətinə və Azərbaycanla rəqabətin aşkar mümkünsüzlüyünə baxmayaraq, Sarkisyan və onun komandası tərəfindən əhaliyə sırınan bu saxta aqressiv ideologiya evlərdəki boş “soyuducuya” bu absurd və cinayətkar mübarizədə qalib gəlir.

Lakin son hadisələr təsdiq edir ki, bu resurs tükənməz deyil, həm Azərbaycanın, həm də öz əhalisinin daimi olaraq Dağlıq Qarabağda davam etdirilən gərginlik hesabına qarşısını almaq siyasəti Sarkisyan üçün getdikcə daha da çətinləşir.

Belə halda taqətdən düşmək də olar.

Məqalə müəllifin nəzər-nöqtəsini ifadə edir.

Paylaş:
1968

Son xəbərlər

24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21
Bütün xəbərlər