Türkiyə prezident respublikası olacaqmı? | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə prezident respublikası olacaqmı?

15:46 - 23 / 12 / 2015
Türkiyə prezident respublikası olacaqmı?

Ədalət və İnkişaf Partiyasının erkən parlament seçkilərinə inamlı qələbəsindən sonra Türkiyədə günün əsas mövzusu Konstitusiya islahatı məsələsi oldu.

Türkiyədə hökumətin prezident idarəetmə formasına keçid məsələsi hələ də aktual olaraq qalmaqdadır. Bunun bariz nümunəsi olaraq son parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının (ƏİP) parlaq qələbəsi oldu.

Hazırki vəziyyət üçün bunun nə qədər əhəmiyyətli olmasını araşdırmağa çalışaq.

Öncə qeyd edək ki, yeni Konstitusiya layihəsinin qəbul olunması üçün türkiyəli parlamentarilərin güclü dəstəyi hiss olunmalıdır. Başqa sözlə, Türkiyədə Konstitusiyaya dəyişikliklə bağlı qanunlayihəsinin qəbul olunması üçün Türkiyə Böyük Millət Məclisinin 400 deputatı səs verməlidir.

Məlum olduğu kimi, inamlı qələbəsinə baxmayaraq,ƏİP bu məsələnin öhdəsindən gələ bilmədi, belə ki, deputat mandatlarından yalnız 317-nin səsini toplaya bildi. Belə halda digər partiyaların deputatlarından dəstək almağa ehtiyac qalmır. Yalnız bir çıxış yolu qalır – ümumxalq referendumu.

Beləliklə, yeni Konstitusiya layihəsi ümumxalq referendumuna çıxarıla bilər. İndi türk parlamentinin öhdəsinə səsverməyə yeni Konstitusiya üzrə referendumun keçirilməsi haqqında qanunlayihəsini çıxartmaq düşür. Bu səsvermənin baş verməsi üçün ən azı 330 millət vəkili dəstək göstərməlidir.

Göründüyü kimi, hakim partiya dövlət qanunlayihəsinə dəstək göstərə bilər. Hazırki şəraitdə ƏİP üçün Türkiyə Böyük Millət Məclisində təmsil olunan üç müxalifət partiyasından olan millət vəkilərini öz tərəfinə çəkmək çətinlik yaratmır.

Aydındır ki, istər Cümhuriyyət  Xalq  Partiyasında, istər Milli Hərəkat Partiyasında və istərsə də Xalqların Demokratik Partiyasındayeni Konstitusiya layihəsinə səs vermək istəyən millət vəkilləri var.

Lakin, bu, onların ƏİP-nin siyasətini dəstəkləməsi demək deyil. Sadəcə onların fikrincə, Türkiyənin həqiqətən də ölkənin dəyişməsinə imkan verən yeni əsaslı qanuna ehtiyacı var. Onlar Türkiyənin prezident respublikasına çevrilməsinintərəfdarı deyillər, amma Konstitusiyada dəyişiklik edilməsi məsələsilə bağlı hakim partiyası ilə həmfikirdirlər.

Bununla belə, kürdyönlü Xalqların Demokratik Partiyası (XDP) sıralarından Rəcəb Tayyib Ərdoğana rəğbət bəsləyən millət vəkiləri də var. Onlar hesab edir ki, hakimiyyət prezident idarə formasına keçərsə Türkiyədə milli azlıqların çox problemi öz həllini tapa bilər.  

XDP sıralarında etnik kürd olan bu deputatlar partiya rəhbərlərinin bəyan etdikləri solçuluq baxışları və separatçılıq fikirlərini bölüşmürlər. Ölkənin cənub-şərqində ağır vəziyyətə və ƏİP ilə XDP arasında dəyərli boşluğa baxmayaraq, çox güman ki, bu deputatlar yeni Konstitusiya layihəsini dəstəkləyəcəklər.

Bütün müxalifət partiyalarının rəsmi mövqeyi ondan ibarətdir ki, idarəetmənin prezident formasına keçməsi Türkiyə Cümhuriyyətinin 1923-cü ildə bəyannamə ideyalarına ziddir. Onların fikrincə, parlament demokratiyası idarəetmənin ən yaxşı formasıdır, ölkənin isə dərhal icra olunmalı daha vacib problemləri var. Onlar hesab edirlər ki, bütün icra hakimiyyətinin prezident Rəcəb Tayyib Ərdoğanın əlində birləşməsi qəbuledilməzdir.

Eyni zamanda, ölkə başçısı eyni vaxtda iki referendumun keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu fikirlə razılaşaraq, hakim partiya ölkədə iki ayrı referendumun keçirilməsini dəstəkləyib. İlk xalq səsverməsi Türkiyə Republikasının yeni Konstitusiyaya keçməsi ilə bağlı seçicinin iradəsini müəyyən edəcək. İkinci dəfə isə, vətəndaşlar seçki məntəqələrinə gələrək idarəetmənin prezident formasına keçidlə bağlı münasibətlərini bildirəcəklər.

Türkiyənin hazırki Konstitusiyası 1982-ci ildə qəbul edilib. Hərbi çevrilişdən iki il sonra – 12 senytabr 1980-ci ildə, yəni general Kənan Evrenin hakimiyyəti illərində  hazırlanıb və qəbul olduğu üçün, ölkənin əsas qanununu çox vaxt “Hərbi Konstitusiya” adlandırırlar. Konstitusiyada ilk dörd bəndin ləğv və ya dəyişilməsinə baxılmayacaq. Konstitusiyada dəyişikliklər edilməsiTürkiyənin Avropa İttifaqına üzvlüyü üçün əsas şərtdir.

Türkiyə güclü şaxələndirilmiş iqtisadiyyatı, demokratik ənənələri və qüdrətli ordusu ilə ölkənin bundan sonra da inkişafı üçün əsaslı Konstitusiyaya ehtiyacı var.

Ceyhun Ələkbər

Paylaş:
1469

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər