Könül Xasıyeva: Evimi, maşınımı oğlumun yolunda qurban elədim | 1news.az | Xəbərlər
Mədəniyyət

Könül Xasıyeva: Evimi, maşınımı oğlumun yolunda qurban elədim

16:13 - 22 / 05 / 2017
Könül Xasıyeva: Evimi, maşınımı oğlumun yolunda qurban elədim

İki ildir səhhətində problem olan Xalq artisti Könül Xasıyeva “10-dan sonra” verilişinə qatılıb.

1news.az-ın Axşam.az-a istinadla verdiyi xəbərə görə, muğam ifaçısı onurğa iflicindən əziyyət çəkdiyini deyib:

“Haqqımda gedən bütün yazılara son qoysunlar. Ən azından mənim yaşlı atam-anam var. Dəri xərçəngi ilə bağlı yazı çıxmışdı. Kimsə bunu anama deyib. Şəkər xəstəsidir, təzyiqi var, çox çətin anlar yaşayıb. Düzdür, səhhətimlə bağlı bəzi problemlərim var, övladım da xəstədir. Ancaq mən dəri xərçəngindən əziyyət çəkmirəm.

Ömrümün 6 ilini övladıma həsr elədim, heç kimə bildirmədim. Özüm o yükün altına tək girdim. Oğlum Kazımın indi 9 yaşı var. 3 yaşından narahtdır. Son 2 ildə vəziyyəti daha da pisləşib. Hər şeydən geri çəkildim. Evimi, maşınımı oğlumun yolunda qurban elədim. Amma əvəzində balamı, çox şükür, ikinci dəfə qazandım.

Hər il özüm müalicələr götürürəm. Kazımla əlaqəli 2 il müalicələrə getmədim. Buna görə də, səhhətimdəki problemlər çoxaldı. Onurğamda problemlər yaranıb, iflicdir. Stress yaşayıram. Allah ömür verərsə, yaşayaramsa, səhnəyə dönmək imkanım olarsa, yenə də həyatım əvvəlki kimi davam edəcək".

K.Xasıyeva ölkə başçısına müraciət etdiyini söyləyib:

"Müəyyən problemlərimi ölkə başçısına yazıb göndərmişəm. İnşallah bu gəlişimdən sonra nəticə olar”.

K.Xasıyeva övladına görə yaşamaq istədiyini bildirib:

“Ölüm haqdır. Amma övlad olanda insan yaşamaq istəyir. Saçlarım, dişlərim tökülüb. Gündəlik həyatda pariklə gəzirəm. Jurnalistlərdən xahiş edirəm, o görüntüləri yaymasınlar".

Qeyd edək ki, daha sonra Hacı Nuran telefonla efirə qoşularaq “Həyat” fondunun Könül Xasıyevaya kömək edəcəyini bildirib.

S.Xankişiyeva

Paylaş:
1916

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər