“Rəqs edən milyonçu" turist kimi tezliklə Bakıya gələcək- FOTOLAR | 1news.az | Xəbərlər
Mədəniyyət

“Rəqs edən milyonçu" turist kimi tezliklə Bakıya gələcək- FOTOLAR

18:21 - 06 / 05 / 2017
“Rəqs edən milyonçu" turist kimi tezliklə Bakıya gələcək- FOTOLAR

Bakı Şopinq Festivalının fəxri qonağı, “rəqs edən milyonçu” ləqəbi ilə məşhurlaşmış Cankula Vakki  Azərbaycan jurnalistləri ilə görüşüb.

1news.az-ın məlumatına görə,  o, Bakının çox gözəl şəhər olduğunu deyib:

“Azərbaycanın paytaxtı çox müasirdir, insanları isə çox xeyirxah və qonaqpərvərdir. Bakı mənim indiyə kimi olduğum ən yaxşı şəhərlərdən biridir. Mən paytaxtınızın gözəlliyi və qonaqpərvərliyi haqqında hər yerdə danışacam və turist kimi mütləq tezliklə yenidən Bakıya qayıdacam. Həyatda heç nə planlaşdırmıram, hər şey qəfil alınır, amma Bakıda daha bir gün qalacağımı istisna etmirəm".

O bildirib ki, artıq iki həyata sahibdir: “Bu mənim istədiyim həyatdır. İş adamı idim, indi isə şou insanı olmuşam. Bu, mənim xəyalım idi”.

C.Vakki rəqsləri özü hazırladığını, xareoqrafdan kömək almadığını əlavə edib:

“Rəqslərim hamısı sponton hazırlanır. Heç bir peşəkar hazırlıq görmürük. Sadəcə bunun üçün zövq və ehtiras lazımdır. O zaman hər şey professionallıqla olur”.

C.Vakki bildirib ki, biznesi qida sənayesi üçün qablaşdırma məhsulları hazırlamaqdan ibarətdir. Əlavə edib  ki, hər hansı bir Azərbaycan musiqisi qəlbinə yol tapsa, həmin musiqinin sədaları altında rəqs edəcək:

“Bu, bədahətən olacaq, mən söz verə bilmərəm. Bəlkə sabah İtaliyaya qayıtdım, bəlkə də burada qaldım. Mən incəsənət insanıyam, hisslərimlə hərəkət edirəm”.

1news.az

 

Paylaş:
914

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər