Azərbaycanlı müğənninin xanımı “Qremmi”yə namizəd oldu | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanlı müğənninin xanımı “Qremmi”yə namizəd oldu

23:47 - 06 / 12 / 2016
Azərbaycanlı müğənninin xanımı “Qremmi”yə namizəd oldu

Məşhur azərbaycanlı opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın xalq artisti Anna Netrebko "Qremmi" mükafatının "Ən yaxşı klassik solo vokal albom" nominasiyasına namizəddir.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, "Verismo" albomu ilə bu ad uğrunda mübarizə aparacaq.

Həmçinin, Yen Bostric, Dorotey Pyoşman, Maqdalena Kojena və Səbinə Deviye bu nominasiya üzrə namizədlər sırasındadır.

"İlin albomu" nominasiyası üzrə Adel ("25"), Beyons ("Lemomade"), Castin Biber ("Purpose"), Dreyk ("Views"), Stercil Simpson ("A Sailor's Guide To Earth") namizəddirlər.

"İlin ən yaxşı mahnısı" nominasiyası üzrə Beyons ("Formation"), "Adel ("Hello"), Mayk Pozner (" I took a pill in Ibiza"), Castin Biber ("Love yourself"), Lukas Qrem ("7 years") namizəddir.

Ümumlikdə, Beyons 9, Kanye Uest, Dreyk və Rihanna 8, Adel isə 7 nominasiyaya namizəddir.

Mükafatlandırma mərasimi 2017-ci il fevralın 12-də keçiriləcək.

Qeyd edək ki, 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazov 2015-ci ilin dekabrında ailə qurub. A. Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.

1news.az

Paylaş:
974

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər