Azərbaycanı “Evrovision-2017”də təmsil edəcək ifaçı məlum oldu | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanı “Evrovision-2017”də təmsil edəcək ifaçı məlum oldu

15:10 - 05 / 12 / 2016
Azərbaycanı “Evrovision-2017”də təmsil edəcək ifaçı məlum oldu

“Evrovision-2017” mahnı müsabiqəsində Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.

1news.az xəbər verir ki, bu barədə İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 5-də müsabiqədə ölkəmizi hansı müğənninin təmsil etməsi ilə bağlı münsiflər heyətinin iclası keçirilib.

İclasda bu missiyanın Diana Hacıyevaya həvalə edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, 1989-cu ildə Bakı şəhərində anadan olan D.Hacıyeva hazırda Bakı Caz Mərkəzində çalışır. O, “Bəri bax” kollektivinin solistidir. Diana Hacıyeva “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifat mərhələsini keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda altıncı olub.

Xatırladaq ki, “Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.

1news.az

Paylaş:
859

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər