İlham Əliyev: Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan ölkədir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan ölkədir

16:16 - 22 / 09 / 2017
İlham Əliyev: Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan ölkədir

Prezident İlham Əliyev “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın işə başlaması münasibətilə təbrik edirəm.

Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir. Qlobal və regional səviyyədə mövcud olan çətinliklərə, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, həyata keçirilmiş əsaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanmışdır.

Bu inkişaf tempinin davam etdirilməsində dövlət idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” sənədində bu sahəyə xüsusi diqqət yetirilmiş və çoxsaylı tədbirlər müəyyən edilmişdir.

Ölkəmizdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, bütövlükdə maliyyə və vergi intizamının möhkəmləndirilməsi maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlılıq və şəffaflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda iqtisadi inkişafın mühüm amili kimi şəffaflığın artırılması və hesabatlılığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir.

İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirə və təhlillər ölkəmizdə hesabatlılığın və auditin gələcək inkişafı kontekstində faydalı olacaq, iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində, korrupsiyaya qarşı mübarizədə dövlət və qeyri-dövlət nəzarətinin, müstəqil auditin rolunun daha da artırılmasına töhfə verəcək, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacaqdır.

Konfransın işinə uğurlar arzulayıram”. 

S.Xankişiyeva

Paylaş:
905

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər