Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışı olub - FOTO

17:33 - 19 / 08 / 2017
Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfəri çərçivəsində Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.

1news.az xəbər verir ki,  regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 19 kilometrdən çox olan yol yerli şərait nəzərə alınmaqla birinci və üçüncü texniki dərəcələrə uyğun surətdə hissələrlə layihələndirilib. Hərəkət hissələrinin eni 7-14 metr arasında dəyişən yol 2 və 4 hərəkət zolaqlıdır. Tikinti işləri həyata keçirilərkən Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək. Eyni zamanda, bu yol vasitəsilə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan, Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi kimi qorunan “İmamzadə” dini-mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi təmin ediləcək.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

 

Paylaş:
784

Son xəbərlər

"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22
Bütün xəbərlər