İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib - YENİLƏNİB

16:09 - 24 / 06 / 2017
 İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Jan-Fransua Manselin ölkəmizə səfərinin Fransa-Azərbaycan əlaqələri haqqında bir daha danışmaq üçün yaxşı fürsət yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə, o cümlədən Fransanın siyasi dairələrinə çatdırdığına və Fransa-Azərbaycan əlaqələrinin inkişafında oynadığı çox böyük rola görə Jan-Fransua Manselə təşəkkür etdi.

Dövlətimizin başçısı Fransa parlamentini təmsil edən nümayəndə heyətlərinin ölkəmizə müntəzəm səfərlərinin önəmini qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında özünün Fransaya builki rəsmi səfərinin xüsusi yer tutduğunu vurğulayan Prezident İlham Əliyev səfərin yüksək səviyyədə keçdiyini və çox uğurlu olduğunu, Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox səmimi söhbət aparıldığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurlu olacağına əminliyini ifadə etdi.

Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfər etməsindən və Prezident İlham Əliyev ilə yenidən görüşündən şərəf duyduğunu bildirdi. Jan-Fransua Mansel Fransa Senatı nümayəndələrinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfələrini vermələri istiqamətində səylərini əsirgəməyəcəyini dedi və bu məqsədlə həyata keçirəcəkləri layihələr və fəaliyyət planları barədə dövlətimizin başçısına məlumat verdi.

14:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Fransa Respublikası Milli Assambleyanın keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manseli qəbul edib.

1news.az bu barədə dövlət başçısının saytına istinadən xəbər verir. 

1news.az

Paylaş:
747

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər