Prezident İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib

14:20 - 23 / 06 / 2017
Prezident İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib

Prezidenti İlham Əliyev iyunun 23-də Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonzales Santsunu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, xarici işlər naziri Manuel Qonzales Santsu Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Formula-1 yarışının əlamətdar idman tədbiri olduğunu vurğulayan Manuel Qonzales Santsu bu yarışın Azərbaycana çoxlu sayda turistlərin gəlməsi üçün yaxşı şərait yaratdığını bildirdi. Ölkəmizə axırıncı dəfə bir il bundan əvvəl səfər etdiyini vurğulayan qonaq ötən dövrdə Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu dedi.

Dövlətimizin başçısı Formula-1 yarışının önəmini vurğulayaraq bildirdi ki, müxtəlif ölkələrdən olan xeyli sayda turistlərin bu tədbirdə iştirakı onların Bakıda gedən inkişaf proseslərini öz gözləri ilə görmələrinə imkan verir və ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, iqtisadi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kosta Rika Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

Babək Cahandarov

Paylaş:
685

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər