Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təsdiq edilib

17:13 - 22 / 06 / 2017
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təsdiq edilib

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəhərsalma və Tikinti Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:

15.1.3-1-ci maddə əlavə edilib: “Tikinti fəaliyyətinin mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri üzrə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsi ilə bağlı texniki normativ hüquqi aktlar”.

51-ci maddədə “fəsildə” sözü “Məcəllənin 15.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında” sözləri ilə əvəz edilib, 52.1-ci maddə isə ləğv olunub.

52.3-cü maddədə “sertifikatlarının verilməsi və ya ləğv edilməsi qaydaları, habelə sertifikatlaşdırılmalı peşələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” sözləri “sertifikatları “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilir” sözləri ilə əvəz edilib.

60.1-ci maddə aşağıdakı redaksiyada verilib: “Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir”.

Babək Cahandarov

Paylaş:
583

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:23Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər