Prezident “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”ni təsdiq edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”ni təsdiq edib

18:49 - 24 / 05 / 2017
Prezident “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”ni təsdiq edib

Prezident İlham Əliyev “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
1439

Son xəbərlər

Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30
Bütün xəbərlər