İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib - FOTO - YENİLƏNİB

12:08 - 26 / 04 / 2017
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz D.Əlfalihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.  

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini və bu səfər zamanı İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və digər rəhbər şəxslərlə səmərəli görüşlərini məmnunluqla xatırladı.

Nazir Xalid Əbdüləziz Əl Falih ilə bu il Davosda keçirdikləri görüşü də xatırlayan dövlətimizin başçısı onun ölkəmizə səfərinin Azərbaycanla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin getdikcə daha da möhkəmləndiyini vurğuladı, mövcud əməkdaşlığımızın davam etdirilməsinin vacibliyini qeyd etdi.

Dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlı olduğunu dedi. Siyasi əlaqələrimizin çox yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev bu imkandan istifadə edərək ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı ticarət və qarşılıqlı ixracın artırılmasının zəruriliyini vurğuladı.

Enerji ehtiyatlarının işlənilməsi, neft və qazın emalı, neft-kimya sahəsində əməkdaşlığımızın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu sahələrdə Azərbaycanın əldə etdiyi uğurlardan danışdı, dünyada sənaye üsulu ilə ilk neft quyusunun məhz Azərbaycanda qazıldığını, ölkələrimizin bu sahədə zəngin təcrübəsinin olduğunu bildirdi. Prezident İlham Əliyev nümayəndə heyətinin sabah Səngəçal terminalı və buradakı layihələrin bir qismi ilə tanışlığının önəmini qeyd etdi, Xalid Əbdüləziz Əl Falihin Azərbaycana səfərinin enerji sahəsində əməkdaşlığımızın inkişafında yeni dinamika yaradacağına ümidvar olduğunu bildirdi.

Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını Prezident İlham Əliyevə çatdırdı, Səudiyyə Ərəbistanı xalqının Prezident İlham Əliyevə, Azərbaycan hökuməti və xalqına ehtiramını ifadə etdi.

Qonaq bildirdi ki, o, Azərbaycan kimi gözəl bir ölkəyə səfər etməsindən məmnunluq duyur. Xalid Əbdüləziz Əl Falih ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin və qədim köklərə malik olduğunu, mədəni əməkdaşlığımızın uzun əsrlərdən bəri davam etdiyini vurğuladı, bu əməkdaşlığımızın Prezident İlham Əliyevin rəhbərliyi altında daha da genişləndirildiyini qeyd etdi.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayan Xalid Əbdüləziz Əl Falih ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edilməsindən məmnunluğunu ifadə etdi. O, Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, ötən illər ərzində ölkələrimizin möhkəm əməkdaşlıq əlaqələri qurduğunu və bir-birini hər zaman dəstəklədiklərini qeyd etdi.

Dövlətimizin başçısı İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun, Vəliəhd Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun və Vəliəhdin varisi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralına, Krallığın Vəliəhdinə və Vəliəhdin varisinə çatdırmağı xahiş etdi.

Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Kəbənin üz örtüyünün tərtibatının bir fraqmentini Prezident İlham Əliyevə hədiyyə etdi.                         

S.Xankişiyeva

Paylaş:
738

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər