İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO - YENİLƏNİB

10:26 - 25 / 04 / 2017
İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin etimadnaməsini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.       

Səfir Teruyuki Katori fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Teruyuki Katori etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu və geniş sahələri əhatə etdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və genişləndirilməsində maraqlıdır. İqtisadi əlaqələrimizin də yüksək səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu əməkdaşlığın enerji, bank sektoru və digər sahələri əhatə etdiyini dedi və Yaponiya hökumətinin dəstəyi ilə bir çox mühüm layihələrin həyata keçirildiyini vurğuladı.

Prezident İlham Əliyev Yaponiya şirkətlərinin Azərbaycanda investor və kontraktor qismində fəaliyyət göstərməsi üçün yaxşı şəraitin mövcud olduğunu dedi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, səfir Teruyuki Katorinin ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək.

Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Yaponiya İmperatoru əlahəzrət Akihitonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu dedi. Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edən səfir Teruyuki Katori əlaqələrimizin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.

Görüşdə Yaponiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunuldu, ölkələrimiz arasında müasir texnologiyalar, neft və kimya, əczaçılıq, ağır sənaye, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Yaponiyaya səfəri zamanı İmperator əlahəzrət Akihito ilə görüşünü məmnunluqla xatırlayaraq onun da salamlarını Yaponiya İmperatoruna çatdırmağı xahiş etdi.                  

1news.az

Paylaş:
571

Son xəbərlər

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57
Bütün xəbərlər