İlham Əliyev: Soyqırımıda birbaşa əli olan şəxslərin cəzalandırılmaması onları yeni qanlı əməllərə şirnikləndirir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Soyqırımıda birbaşa əli olan şəxslərin cəzalandırılmaması onları yeni qanlı əməllərə şirnikləndirir

18:42 - 24 / 04 / 2017
İlham Əliyev: Soyqırımıda birbaşa əli olan şəxslərin cəzalandırılmaması onları yeni qanlı əməllərə şirnikləndirir

Prezident İlham Əliyev “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi soyqırımı problemlərinə dair Azərbaycanda keçirilən növbəti elmi konfransda səmimi qəlbdən salamlayıram.

Mürəkkəb geosiyasi proseslərin getdiyi indiki vaxtda sülh və sabitliyin təmin olunması tərəqqipərvər bəşəriyyəti narahat edən ən mühüm məsələlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, dünyada dinc birgəyaşayış normalarının pozulmasına rəvac verən ksenofobiya, ekstremizm, dini ayrı-seçkilik və terrorizm kimi hallar getdikcə artır. Qlobal təhlükəsizliyə zərbə vuran bu cür qorxulu meyillər hərbi toqquşmaların yaranmasına, mədəniyyət abidələrinin dağıdılmasına, günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsinə və mənəvi aşınmaya səbəb olur.

Konfransın keçirildiyi Lənkəran şəhərinin sakinləri də, ölkəmizin digər regionlarında olduğu kimi, hələ 1918-1919-cu illərdə erməni-daşnak quldur dəstələrinin törətdiyi qırğınların ağrı-acısını öz üzərində yaxından hiss etmişlər. Tarixin çətin sınaqlarından mətanətlə çıxaraq Azərbaycan dövlətinə sədaqəti, xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığı ilə həmişə qürur duyan cənub bölgəsindəki vətəndaşlarımız respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fəal iştirak etmiş, bu yolda çoxsaylı şəhidlər vermişlər.

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısı kimi çıxış edir, irqi, milli və dini ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur. Deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını tarixi yaddaşında yaşadan xalqımız bu ilin fevral ayında müasir dövrün ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümünü dərin hüznlə qeyd etdi. Şübhə yoxdur ki, soyqırımıda birbaşa əli olan şəxslərin hələ də beynəlxalq hüquqi normalara uyğun olaraq layiqli şəkildə cəzalandırılmaması onları yeni qanlı əməllərə, hərbi təcavüzkarlıq niyyətlərini davam etdirməyə şirnikləndirir. Buna görə də insanlıq əleyhinə cinayətlərə obyektiv hüquqi-siyasi qiymətin verilməsinə, günahkarların ədalət məhkəməsi önünə çıxarılmasına nail olmaq üçün tarixi gerçəkliyin geniş elmi araşdırılması və nəticələrin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. İnanıram ki, bu mötəbər toplantıdakı müzakirələr, əvvəlki elmi məclislərdə olduğu kimi, acı həqiqətlərin müfəssəl şəkildə işıqlandırılmasına və soyqırımı törədənlərin tarix qarşısında mühakimə olunmasına öz töhfəsini verəcəkdir. Bu şərəfli və məsuliyyətli işinizdə sizə yeni nailiyyətlər arzulayıram”.

1news.az

Paylaş:
492

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər