İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarını təbrik edib

11:54 - 17 / 04 / 2017
İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarına təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli Forum iştirakçıları! 

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində Qafqazşünasların Birinci Beynəlxalq Forumunun öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə gələcək elmi fəaliyyətinizdə uğurlar arzulayıram.

Qafqaz qədim sivilizasiya mərkəzi kimi əsrlərdən bəri müxtəlif xalqların qaynayıb qarışdığı və bir-birinin adət-ənənələrinə qarşılıqlı ehtiram göstərərək əmin-amanlıq şəraitində yaşadığı unikal məkan olmuşdur. Tarixi İpək Yolu üzərində yerləşən və hələ erkən dövrlərdən qüdrətli imperiyaların can atdığı bu region özünün müstəsna coğrafi mövqeyinə, zəngin təbii sərvətlərinə və strateji əhəmiyyətinə görə son əsrlərdə də böyük dövlətlərin geosiyasi maraq dairəsinə düşmüşdür.

Postsovet dövründə tarix elminin ideoloji buxovlardan azad olması, həmçinin qafqazşünaslıq sahəsində bir sıra mühüm məsələlərin yeni yanaşmalar işığında daha dərindən öyrənilməsi zərurətini meydana çıxarmışdır. Bu isə Qafqazın uzun müddətdir araşdırıcılar tərəfindən diqqət mərkəzində saxlanılan keçmişi, mədəniyyəti və eləcə də müasir problemləri ilə bağlı təşkil etdiyiniz ilk belə mötəbər beynəlxalq foruma xüsusi aktuallıq qazandırır. Tədbirinizə dünyanın tanınmış elm mərkəzlərini təmsil edən 150-dən artıq alim və tədqiqatçının qatılması təqdirəlayiq haldır. Çoxtərəfli formatda keçirilən yüksək səviyyəli elmi toplantılar xalqlar və ölkələr, müvafiq elmi tədqiqat institutları və alimlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimləri arasında qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfəsini əsirgəməyəcəkdir.

Ümidvaram ki, forum çərçivəsində aparacağınız müzakirələr və fikir mübadilələri, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində dönüş mərhələsi olacaq, beynəlxalq elmi əməkdaşlığınızın yeni istiqamətlərinin müəyyənləşməsinə xidmət göstərəcək və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcəkdir”.

1news.az

Paylaş:
573

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər