Prezident Səudiyyə Ərəbistanının şahzadəsini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Səudiyyə Ərəbistanının şahzadəsini qəbul edib – YENİLƏNİB

12:32 - 17 / 03 / 2017
Prezident Səudiyyə Ərəbistanının şahzadəsini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev martın 17-də Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalın V Qlobal Bakı Forumunda iştirakının əhəmiyyətini vurğulayaraq bunu ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al-Faysal V Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Turki Al Faysal Azərbaycandakı qonaqpərvərliyin və Bakının ecazkar gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. O, İçərişəhərdə aparılan bərpa işlərinin onda böyük maraq doğurduğunu dedi.

Dövlətimizin başçısı ölkəmizdə son illər tarixi irsin qorunması və müasir arxitektura nümunələrinin yaradılması istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğuladı.

1news.az

Paylaş:
600

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər