İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviç ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviç ilə görüşüb

17:42 - 16 / 03 / 2017
İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviç ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, V Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev Forumda iştirakına görə Filip Vuyanoviçə minnətdarlığını ifadə etdi, görüşün, eyni zamanda, ikitərəfli münasibətlərimiz ətrafında fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında əlaqələrin çox uğurla inkişaf etdiyini dedi, əməkdaşlığımızın razılıq doğurduğunu qeyd etdi.

V Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirən Monteneqro Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirdi. Açılış mərasimində söylədiyi nitq münasibətilə dövlətimizin başçısını təbrik edən Filip Vuyanoviç Prezident İlham Əliyevin daxili və regional vəziyyətlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin səviyyəsindən razılığını ifadə edən Filip Vuyanoviç Prezident İlham Əliyevin Azərbaycan-Monteneqro əlaqələrinin inkişafına verdiyi töhfəni çox yüksək qiymətləndirdiklərini vurğuladı, ölkələrimiz arasında bu cür yaxın, uğurlu və dost münasibətlərin olmasında Prezident İlham Əliyevin verdiyi dəstəyin vacibliyini qeyd etdi.

Görüşdə iki ölkə arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
438

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər