İlham Əliyev latviyalı həmkarı ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev latviyalı həmkarı ilə görüşüb

17:00 - 16 / 03 / 2017
İlham Əliyev latviyalı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Latviya Respublikasının Prezidenti Raymonds Veyonis ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Latviya Prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi və bu tədbirin artıq bir ənənəyə çevrildiyini vurğuladı.

Latviya Prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumunda 53 ölkədən nümayəndələrin iştirakının önəmini qeyd etdi və Azərbaycan tərəfinin bu tədbiri yüksək səviyyədə təşkil etdiyini vurğuladı. Raymonds Veyonis Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmasından qürur hissi keçirdiyini dedi.

Prezident Raymonds Veyonis Prezident İlham Əliyevin Latviyaya rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına təqdim etdi və bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Latviya arasında müxtəlıf sahələrdə əlaqələrə toxunan Raymonds Veyonis təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirdi və azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almaları üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

1news.az

 

Paylaş:
509

Son xəbərlər

Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07
Bütün xəbərlər