İlham Əliyev Küveyt əmirini və Nazirlər Kabinetinin sədrini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Küveyt əmirini və Nazirlər Kabinetinin sədrini təbrik edib

18:50 - 24 / 02 / 2017
İlham Əliyev Küveyt əmirini və Nazirlər Kabinetinin sədrini təbrik edib

Prezident İlham Əliyev Küveyt Dövlətinin əmiri əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm”.

Bundan başqa dövlət başçısı Küveyt Dövləti Nazirlər Kabinetinin sədri əlahəzrət şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabahı da təbrik edib. Təbrik məktubunda deyilir:

“Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

1news.az

 

Paylaş:
588

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər