Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verilib - FOTO

15:58 - 11 / 01 / 2017
Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısına “Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verilib.

Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr su təmizləmə gücünə malikdir. Hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər isə Türkiyə istehsalıdır.

Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxıb.

Su anbarlarından təmizlənmiş su öz axını ilə əhaliyə fasiləsiz olaraq verilir. Anbarlardan Şahbuz şəhərinə qədər diametri 315 və 280 millimetr olan 2,7 kilometr uzunluğunda plastik boru xətti quraşdırılıb. Layihə ərazisində diametri 280 millimetrdən 63 millimetrədək borularla 64,3 kilometr içməli su xətti çəkilib. Su şəbəkəsində 31 yanğın hidrantı və 4 təzyiqazaldıcı inşa olunub. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su verilir. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin ediləcək. Bundan başqa, əhaliyə verilən su ekoloji cəhətdən də yararlı və təmizdir. Bu su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.

Bildirilib ki, Şahbuz şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər borularla 40,1 kilometr kanalizasiya xətti çəkilib.

Dövlətimizin başçısı Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı sisteminin istifadəyə verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

1news.az

Paylaş:
528

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər