Ərdoğan: “Son günlərdə məzənnə artımını Türkiyəyə qarşı silah kimi istifadə edirlər” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “Son günlərdə məzənnə artımını Türkiyəyə qarşı silah kimi istifadə edirlər”

18:40 - 14 / 01 / 2017
Ərdoğan: “Son günlərdə məzənnə artımını Türkiyəyə qarşı silah kimi istifadə edirlər”

“Türkiyənin özünə inanan, risk almağa hazır iş adamlarına, ixtiraçılara ehtiyacı var”.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Birjasının yeni binasının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Türkiyəyə 2 mln. dollar investisiya yatıran investorların vətəndaşlıq almaq imkanı var:

“İnvestisiyalar yatırın, bu ölkəyə güvənin. Bu ölkədə sabitlik, güvən var. Bu iki sehrli anlayışa əsla laqeyd yanaşmayın. İndi mən də buna əlavə edirəm ki, risk alın. Risk almadıqda bu iş irəliləməz”.

Ərdoğan investisiyaları təşviq edib, dünyanın ən böyük 10 iqtisadiyyatı sırasında olmağın hədəfləndiyini bildirib:

“Yeni metodlarla turizm gəlirlərinin 100 mlrd. dollara qalxmasının yolları axtarılır”.

O, Türkiyədə dolların lirəyə qarşı kəskin bahalaşmasına da münasibət bildirərək qeyd edib ki, son günlərdə məzənnə artımını silah olaraq istifadə edib yenə üstümüzə gəlməyə başlayıblar:

“Qoy, gəlsinlər. Biz də bunların öhdəsindən gəldik və gələcəyik. Bizim bu hücumu qarşılayacaq gücümüz var”.

Türkiyə prezidenti vurğulayıb ki, iqtisadiyyatdakı aktual çətinliklərin həllinə yönəlmiş addımların atılması məsələsində bir az daha sürətli və qərarlı olmaq vacibdir.

1news.az

Paylaş:
553

Sizin üçün xəbərlər

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər