Çavuşoğlu: Türkiyə ilə Rusiya arasındakı dialoq münaqişənin nizamlanmasına imkan yaradır | 1news.az | Xəbərlər
Dünya

Çavuşoğlu: Türkiyə ilə Rusiya arasındakı dialoq münaqişənin nizamlanmasına imkan yaradır

15:27 - 09 / 01 / 2017
Çavuşoğlu: Türkiyə ilə Rusiya arasındakı dialoq münaqişənin nizamlanmasına imkan yaradır

Rusiya ilə dialoq bir sıra münaqişələrin nizamlanmasına öz töhfəsini verəcək, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən səfirlərin IX Konferensiyasında bildirib.

Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıq etmək Türkiyə üçün vacibdir, lakin bu, Ukrayna və Gürcüstan münaqişələrilə bağlı Ankaranın mövqeyinə yenidən baxmanı güman etmir:

“Biz Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq. Biz Ukrayna torpaqlarının zəbt edilməsini qəbul etmirik”.

Həmçinin nazir hazırda Türkiyədə 2,8 milyon suriyalı qaçqının olduğunu, onların dəstəklənməsi üçün Ankaranın milyard dollarlar sərf etdiyini qeyd edib.

Eləcə də Çavuşoğlu qeyd edib ki, Ankara Suriya terroru ilə bağlı terror təhlükəsinin zərərsizləşdirilməsi üzrə müəyyən addımlar atır:

“Türkiyə regionun digər dövlətləri kimi Suriyada sabitliyin yaranmasında maraqlıdır. Ankaranın səyləri nəticəsində Hələbdən 45 min insan təxliyyə edilib.

Ankara Suriya ərazisində atəşkəsin yayılması üçün bütün səylərini göstərir. Biz Suriya ilə bağlı Cenevrə Konvensiyasını dəstəkləyirik, eyni zamanda ölkənin şimalındakı İŞİD-lə mübarizə aparırıq. Türkiyə Suriyanın siyasi və ərazi bütövlüyünü fəal surətdə dəstəkəyir”.

ABŞ məsələsinə toxunan XİN rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar əvvəlki səhvlərini təkrar etməyəcəklərinə ümid bəsləyir:

“Birincisi ümid edirik ki, ABŞ FETÖ-nun əsas rəhbəri Fətullah Gülən və təşkilatın digər üzvlərini ekstradisiya edəcək. İkincisi isə, PKK-nın digər qolu olan YPG ilə əməkdaşlığı kəsəcək”.

Avropa İttifaqı ilə qarşılıqlı münasibət məsələsinə də toxunan Çavuşoğlu bildirib ki, Ankarasız Aİ-nin istənilən addımları natamamdır:

“Aİ-nin mövqeyi Kipr münaqişəsinin nizamlanmasına mənfi təsir göstərdi. Aİ-nin tərkibinə icmalara aid adları qəbul edilməzdi. Bu addım münaqişənin nizamlanmasına da təsir etdi. Regiondakı təhlküəni dəf etməyə çalışsa da Türkiyə bu istiqamətdə fəal addımlar ata bilmədi”.

Onun sözlərinə görə, stabilsizlik istər ayrı-ayrı ölkələr, istərsə də bütün region üçün təhlükədir:

“Ankara imkan verəməyəcək ki, PKK İraqdan işğal etdikləri torpaqlar hesabına ərazisinin genişləndirsin. Eləcə də Kandil dağları kimi ikinci ərazinin yaranmasına da imkan verməyəcək”.

1news.az

Paylaş:
790

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər