Zərərsizləşdirilmiş terrorçuların fotoları yayılıb – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Zərərsizləşdirilmiş terrorçuların fotoları yayılıb – FOTO – VİDEO – YENİLƏNİB

19:30 - 05 / 01 / 2017
Zərərsizləşdirilmiş terrorçuların fotoları yayılıb – FOTO – VİDEO – YENİLƏNİB

Türkiyə KİV-i zərərsizləşdirilmiş terrorçuların fotoları dərc edib.

1news.az-ın Milliyet-ə istinadla verdiyi xəbərə görə, terrorçularda 2 döyüş mərmisi, 4 əl qumbarası və 2 tank əlehinə mərmi aşkar edilib.

Hazırda hadisə yerindən qaçmış üçüncü terrorçunun axtarışları aparılır.

Həmçinin bildirilib ki, körpü yaxınlığında şübhəli bağlama tapılıb.

18.54 

Son məlumatlara əsasən, İzmirin məhkəmə zalında baş verən partlayış nəticəsində polis və məhkəmə məmuru həlak olub.

1news.az-ın Milliyet-ə istinadla verdiyi xəbərə görə, həmçinin 10 nəfər yaralanıb.

Hazırda üçüncü terrorçunun axtarışları aparılır.

18.46

Türkiyənin İzmir şəhərində terrorçular tərəfindən həyata keçirilmiş partlayışdan sonra hadisə yerinə çoxlu sayda polis əməkdaşları gəlib.

1news.az-ın Milliyet -ə istinadla verdiyi xəbərə görə, hadisə yerində terrorçunun əlində iriçaplı silahla cəsədi aşkar edilib.

Məlumata görə, polis qısa sürən atışmadan sonra ikinci terrorçunu zərəsizləşdirib.

Hazırda üçüncü terrorçunun axtarışları aparılır.

Sağ qalan terrorçunun boyu təxminən 1,60-1,70 sm. hündürlükdə, qara dəri gödəkçədə və başında bej rəngli beret var.

18.10

Bu gün İzmirdə baş verən partlayışın ardınca polislə üç silahlı şəxs arasında atışma baş verib.

1news.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, terrorçulardan ikisi öldürülüb. Boyu 1,65 – 1,70 sm olan digər terrorçunun tutulması üçün əməliyyata başlanıb.

Əraziyə digər nəqliyyat vasitələrinin və mülki şəxslərin daxil olması qadağan edilib.

Son məlumatlara görə, partlayış nəticəsində 7 nəfər yaralanıb, yaxınlıqda dayanan avtomobillərə isə ziyan dəyib.

17:35

Bir az öncə Türkiyədə daha bir güclü partlayış baş verib.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İzmir şəhərində Ədliyyə binasının qarşısında dayanan avtomobillərin birində güclü partlayış olub.

İlkin məlumatlara görə, bomba yerləşdirilmiş avtomobilin partlaması nəticəsində 3 nəfər yaralanıb, ətrafdakı avtomobillərə ziyan dəyib. Bundan başqa hadisə yerində terrorçu olduğu ehtimal edilən şəxsin cəsədinin görüntüləri də yayımlanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürən birqadalar cəlb edilib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

1news.az

Paylaş:
1151

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər