İstanbuldakı gecə klubunda törədilmiş terror aktı nəticəsində 39 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

İstanbuldakı gecə klubunda törədilmiş terror aktı nəticəsində 39 nəfər həlak olub

13:18 - 01 / 01 / 2017
İstanbuldakı gecə klubunda törədilmiş terror aktı nəticəsində 39 nəfər həlak olub

İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubuna silahlı hücum olub.

1news.az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, teror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb.

Artıq ölən 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölənlərin 15-i xarici ölkə vətəndaşlarıdır.

Nazir terror hadisəsinin bir nəfər tərəfindən törədildiyini bildirib. Qeyd edib ki, həmin şəxs gecə klubunda insanlara atəş açdıqdan sonra üst geyimini dəyişərək hadisə yerindən uzaqlaşıb.

Hazırda terrorçunun ələ keçirilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı İstanbuldakı “Reina” gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 69 nəfər isə yaralı var.

1news.az

Paylaş:
1256

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər