Türkiyədə dövlət idarə üsulunun dəyişikliyinin perspektivləri haqqında | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə dövlət idarə üsulunun dəyişikliyinin perspektivləri haqqında

15:16 - 23 / 11 / 2016
Türkiyədə dövlət idarə üsulunun dəyişikliyinin perspektivləri haqqında

Türkiyədə iyulun 15-dən 16-na keçən gecə Fətullah Gülən tərəfdarlarının həyata keçirdiyi hərbi çevrilişdən sonra ölkədə mümkün prezident idarə üsuluna keçidlə bağlı müzakirələr yenidən canlanmağa başladı.

Gələn il Türkiyə Cümhuriyyəti tarixində dönüş dövrü ola bilər. Belə ki, 2017-ci ildə dövlət quruluşunun dəyişikliyi ilə bağlı konstitusiya islahatları aparıla bilər. Burada əsasən müasir Türkiyənin ənənəvi parlament idarə üsulundan imtina edərək dövlət başçısının hüquq və imkanlarını genişləndirilən idarə üsuluna keçid nəzərdə tutulur. 

Debatların yeni dalğası bu ilin yayında baş tutmayan dövlət çevrilişindən sonra geniş vüsət aldı. Qaynar mübahisələr Ədalət və İnkişaf Partiyasının (AKP) təkrar təşəbbüsünə ölkənin ən iri müxalifət partiyalarının liderlərindən birinin cavab verməsilə başladı. AKP parlamentə Türkiyənin dövlət idarə üsulunun dəyişdirilməsilə bağlı qanun layihəsinin baxılması ilə bağlı niyyətini bəyan edib. Ölkənin ən iri müxalifət partiyası Milli Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli isə bu təşəbbüsü demək olar ki, dəstəkləyib.

Hazırda bu məsələ ilə bağlı Türkiyə ictimaiyyəti faktiki olaraq iki hissəyə bölünüb: prezident idarə üsuluna keçidin tərəfdarları hesab edir ki, prezident institutunun mövqeyinin möhkəmlənməsi ölkədə sabitlik və rifahın inkişafının təminatıdır. Əks tərəf isə, bu təşəbbüsün Türkiyə Cümhuriyyətinin demokratik dəyər və ənənələri ilə ziddiyyət təşkil etdiyini bəyan edirlər.

Məsələ burasındadır ki, artıq üçüncü ildir ki, Türkiyədə prezident idarə üsuluna keçidlə bağlı müzakirlər gedir, lakin ictimaiyyətin gələcək islahatlarla bağlı heç bir məlumatı yoxdur. Hökumət yaxın zamalarda Türkiyə Böyük Millət Məclisinin baxılmasına təqdim edəcəyi islahatlar paketini açıqlamağa tələsmir.

Beləliklə, Türkiyə Cümhuriyyəti yaranışının 95-ci ilində prezident idarə üsuluna keçərək Beşinci fransız dövləti və ya Amerika siyasi sistemi nümunəsinə bənzəyə bilər.

Bir sıra ssenarilərə görə, icra hakimiyyəti prezidentin əlində cəmləşə bilər. Hökumət isə sadəcə olaraq ləğv edilə bilər. Onun yerini Kollegiya və ya Nazirlər Kabineti ala bilər ki, buranın üzvləri birbaşa olaraq prezidentə tabe ola bilər.

Digər versiyaya görə, hökumətin dəyişikliyi bir sıra Qərb ölkələrində olduğu kimi vitse-prezident və nazirliklərin departamentləri ilə prezident administrasiyasına əvəzlənə bilər. Hər halda bu, heç bir hüquqi əsası olmayan variantlardır.

Ümumxalq referendumu vasitəsilə Konstitusiyada dəyişiklik etməkdən ötrü Türkiyə Böyük Millət Məclisinin 367 deputatının səsi olmalıdır. Bu variantın olmasının ehtimalı azdır. Belə ki, hakim partiyada 317 deputatın mandatı var. Türkiyə Konstitusiyasına referendum yolu ilə dəyişiklik etməkdən ötrü 330 səs toplanmalıdır.

Və burada birdən-birə millətçilərin lideri Dövlət Bahçeli kömək əlini uzatdı.

Onun sözlərinə görə, ölkə dəyişikliklə bağlı müxtəlif izahlardan yorulub. Partiya lideri onu hökumətlə əməkdaşlıqda ittihamıları qəbul etmir və bu hərkətini Türkiyənin hazırda sabitliyə ehyiyacı olması ilə əlaqələndirir:

“Biz demədik ki, bu təşəbbüsü dəstəkləyəcəyik. Sadəcə olaraq qeyd etdik ki, bu qanun layihəsinin baxılmasını istərdik”.

Bununla belə, Bahçeli müxalifətçilər tərəfindən tənqid atəşinə tutulub. Bəziləri hesab edir ki, MHP AKP-nin “arxa plan” funksiyasını həyata keçirib və hər zaman onu dəstəkləyib. Digərlərinin fikrincə Bahçeli istənilən milliyətçi kimi sağçılara həmrəylik göstərir.

Bununla yanaşı, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım Dövlət Bahçelinin bu hərəkətini uzaqgörənlik və təcrübəli siyasətçi adlandıraraq, minnətdarlıqlarını bildiriblər. Lakin onlar Respublikaçı Xalq Hərəkatı Partiyasının sədri Kamal Kılıcdaroğluna qarşı başqa fikirdədirlər.

XHP parlamentdə ən iri müxalifətçi partiya olaraq mövqeyini qoruyur. Kılıcdaroğlunun sözlərinə görə, məhz onun partiyası Türkiyənin gələcəyi və parlament sistemi uğrunda mübarizə aparmalıdır. Hökumət hesab edir ki, müxalifətçi liderin hərkəti “Yeniqapı ruhuna” ziddir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə baş tutmayan hərbi çevrilişdən sonra İstanbulun Yeniqapı meydanında Türkiyə tarixində ən iri mitinq keçirildi.

5 milyon insanın olduğu mitinqdə ilk dəfə olaraq ölkə prezidenti, iqtidar və müxalifət partiyalarının liderləri də iştirak edib. Mitinq əsnasında bütün iştirakçılar yekdilliklə respublika və demokratik dəyərlərə bağlılıqlarını ifadə  ediblər. Silahlı Qüvvələrin Baş Qərargah rəisi isə milyonlarla vətəndaşa müraciət edib.

Partiya liderlərinin fikirlərinə əsasən, AKP dövlət idarə üsulunun dəyişikliyi ilə bağlı gözlənilən islahatlar paketini gələn ilin yanvarında parlamentə baxılması üçün təqdim edəcək. 

Hakim partiya milliyyətçilərin dəstəyinə çox güvənir. Əgər qanun layihəsi qəbul edilərsə, 2017-ci ilin aprel-may aylarında plebissit keçiriləcək ki, bunun əsasında türk vətəndaşı öz ölkəsinin siyasi inkişaf yolunu seçəcək.

1news.az

Paylaş:
1453

Sizin üçün xəbərlər

Son xəbərlər

Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54
Bütün xəbərlər