SOCAR “Petkim”-in sabiq rəhbərinin tutulma xəbərinə aydınlıq gətirib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

SOCAR “Petkim”-in sabiq rəhbərinin tutulma xəbərinə aydınlıq gətirib - YENİLƏNİB

12:59 - 28 / 07 / 2016
SOCAR “Petkim”-in sabiq rəhbərinin tutulma xəbərinə aydınlıq gətirib - YENİLƏNİB

SOCAR “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru Saadettin Korkutun saxlanılması və şirkətin bəzi əməkdaşlarının işdən azad olunmasına münasibət bildirib.

1news.az-a SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, S.Korkut dünən tutduğu vəzifədən azad olunub və onu SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib:

“Bu gün Anar Məmmədov kollektivə təqdim olunacaq”.

11.31

Türkiyənin “Petkim” neft-kimya kompleksinin yeni baş direktoru vəzifəsinə Anar Məmmədov təyin edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin rəsmi dövlət orqanının saytında məlumatda bildirilir.

Qeyd edək ki, bundan öncə  “Petkim”-in daha öncəki baş direktoru Saadettin Korkut vəzifəsindən istefa verib. Belə ki o, Fəthullah Gülən hərəkatı ilə əlaqədə ittiham olunaraq saxlanılıb.

10.28

“Petkim Petrokimya Holding A. Ş.” neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb.

1news.az-ın Anadolu-ya istinadla  verdiyi xəbərə görə, eyni zamanda, S.Korkutun evində və iş yerlərində axtarış aparılıb.

Həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib. Bundan başqa, holdinqin, onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.

Ümumilikdə, 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Onların arasında "SOCAR Turkey Energy" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Ömər Adsız, STAR zavodunun insan resursları üzrə direktoru Fuat Ulagay və onun "SOCAR Turkey Energy"dən olan həmkarı İlqar Mehmetoğlu, "SOCAR Turkey Energy"nin elmi tədqiqat üzrə direktoru Çetin Korkut da istefa verib.

Bildirilir ki, onların işdən uzaqlaşdırılmasına səbəb FETÖ ilə əlaqələrinin olmasıdır.

1news.az

 

Paylaş:
1370

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər