Rusiya XİN Nikolay Bordyujanın bəyanatına münasibət bildirib | 1news.az | Xəbərlər
Dünya

Rusiya XİN Nikolay Bordyujanın bəyanatına münasibət bildirib

21:46 - 30 / 12 / 2016
Rusiya XİN Nikolay Bordyujanın bəyanatına münasibət bildirib

"Ermənistan və Azərbaycanı atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri öhdəliyə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün bütün lazımı addımları dərhal atmağa çağırırıq".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

Dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirən Rusiya XİN tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb:

"Daxil olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində qarşıdurma baş verib. Hər iki tərəfdən hərbi qulluqçular arasında itkilər var. Rusiya yaxınlarını itirənlərin ailəsinə başsağlığı veririk. Ermənistan və Azərbaycanı atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri məsuliyyətə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün dərhal bütün lazımı addımları atmağa çağırırıq".

Rusiya XİN-dən Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın dünənki insidentlə bağlı bəyanatına da münasibət bildirilib:

"O ki qaldı KTMT baş katibi Nİkolay Bordyujanın bəyanatına, KTMT-yə üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi onların bu ilin oktyabrın 14-də Yerevanda qəbul olunan birgə bəyanatında aydın ifadə olunub".

APA

Paylaş:
842

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər