KİV “Tu-154”ün “qara qutu”su pilotların səhvi versiyasını təsdiqləyir | 1news.az | Xəbərlər
Dünya

KİV “Tu-154”ün “qara qutu”su pilotların səhvi versiyasını təsdiqləyir

09:29 - 28 / 12 / 2016
KİV “Tu-154”ün “qara qutu”su pilotların səhvi versiyasını təsdiqləyir

Qara dənizə düşən “Tu-154” təyyarəsinin “qara qutu”sundakı yazının ilkin təhlili qəzanın pilotların səhvi ucbatından baş verdiyini təsdiqləyir.

Rusiyanın NTV telekanalın verdiyi xəbərə görə, “qara qutu”dakı yazının təhlili qəzanın idarəetmədəki səhvlə bağlılığının prioritet versiya olması barədə nəticə çıxarmağa əsas verir.

“Interfax” agentliyi təhqiqatın hələlik rəsmi olmayan digər mühüm təfərrüatları barədə də məlumat verib. İlkin məlumata görə, “Tu-154” təyyarəsi qanadlarının qaldırıcı qüvvəsinin uçuş üçün yetərli olmaması səbəbindən qəzaya uğrayıb.

Xatırladaq ki, “Tu-154” təyyarəsi bazar günü səhər havaya qalxdıqdan bir neçə dəqiqə sonra Soçi yaxınlığında Qara dənizə düşüb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka, həmçinin Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub. Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Rusiyanın 92 nəfərlik təyyarəsi Qara dənizə düşüb - FOTO - VİDEO

27 gəmi, 14 helikopter və 3 min hərbçi Qara dənizdə axtarışlar aparır

1news.az

Paylaş:
621

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər