Həsən Ruhani ABŞ-ı cavab tədbirləri ilə hədələyib | 1news.az | Xəbərlər
Dünya

Həsən Ruhani ABŞ-ı cavab tədbirləri ilə hədələyib

13:15 - 04 / 12 / 2016
Həsən Ruhani ABŞ-ı cavab tədbirləri ilə hədələyib

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Barak Obamanın İrana qarşı sanksiyaların müddətinin 10 il uzadılması barədə qanunu imzalayacağı halda cavab tədbirləri həyata keçiriləcəyini bəyan edib.

ABŞ Konqresinin hər iki palatası İrana qarşı sanksiyaların 10 il müddətinə uzadılması barədə qanunu qəbul edib.

H. Ruhani isə hesab edir ki, ABŞ-ın niyyəti “Altılar”la İran arasında Tehranın atom proqramı ilə bağlı 14 iyul 2015-ci ildə qəbul edilən razılaşmaya ziddir. Həmin razılaşma bu il yanvarın 16-da qüvvəyə minib və atom proqrammı ilə bağlı üzərinə öhdəliklər götürən İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutur: “Biz razılaşmaya riayət etməyə çalışırıq. Lakin bu razılaşma pozulacağı təqdirdə biz təcili cavab addımları atacağıq”.

Qeyd edək ki, dünən İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, əgər ABŞ sanksiyaların müddətini uzadarsa, Tehran atom proqrammı üzrə razılaşmanı həyata keçirməyi dayandıracaq.

APA

Paylaş:
736

Son xəbərlər

Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10
Bütün xəbərlər