ABŞ şahmatçısı İrana getməkdən imtina edib | 1news.az | Xəbərlər
Dünya

ABŞ şahmatçısı İrana getməkdən imtina edib

17:50 - 16 / 10 / 2016
ABŞ şahmatçısı İrana getməkdən imtina edib

Gürcüstan əsilli ABŞ vətəndaşı şahmatçı Nazi Paikidze-Barns İranda keçiriləcək dünya çempionatında iştirakdan imtina edib.

1news.az “Report”a istinadən xəbər verir ki, o, bu addımını İranda qadın haqlarının tapdanması ilə əsaslandırıb.

Məlumata görə, Beynəlxalq Şahmat Federasiyası (FİDE) cari il oktyabrın əvvəlində qadınlar arasında şahmat üzrə dünya çempionatının 2017-ci ilin fevralında Tehranda keçiriləcəyini elan edib.

Məlumata əsasən, FİDE qadınların İrandakı qaydalara əməl edəcəkləri ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlığa görə, şahmatçı qadınlar İranda olduqları müddətdə başlarını örtməlidirlər.

Bir çox idmançı hiddətlənsə də yalnız Nazi Paikidze yarışda işçtirakdan imtina etdiyini bildirib.

Gürcüstan əsilli şahmatçını 16 min nəfər dəstəkləyərək, imza toplayıb. Onlar bildirib ki, bununla İran dünya çempionatının əsas prinsipini pozur.

İnformasiyada bildirilib ki, dünyanın bir çox məşhur şahmatçısı FİDE-yə müraciət edərək, qərarını dəyişməsini və birinciliyin başqa ölkədə keçirilməsinin tələb ediblər.

Qeyd edək ki, Nazi Paikidze-Barns 1993-cü ildə Rusiyanın İrkutsk şəhərində anadan olub. Nazinin 4 yaşı olanda o, ailəsi ilə birlikdə Tbilisiyə köçüb. O, 6 yaşında olarkən peşəkar məşqçidən təlim almağa başlayıb. 2003-cü ildə Gürcüstanı təmsil edən şahmatçı ilk beynəlxalq turnirin qalibi olub. 18 yaşında ABŞ-a gedib və orada Merilend Universitetinə daxil olub. 2012-ci ilə şahmat üzrə tələbələrin yığma komandasında çıxış edib. Uğurlu çıxışdan sonra o ABŞ-ın milli komandasına çıxş etməyə başlayıb.

Paikidze yeniyetmələr arasında iki dəfə dünya, 4 dəfə Avropa çempionu olub.

Məlumata əsasən, Nazi hazırda amerikialı mühəndis əri Qreqor Barnsla birlikdə ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində yaşayır.

1news.az

Paylaş:
550

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər