Tehranda ustad şair Şəhriyarın anım mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Dünya

Tehranda ustad şair Şəhriyarın anım mərasimi keçirilib - FOTO

14:05 - 18 / 09 / 2016
Tehranda ustad şair Şəhriyarın anım mərasimi keçirilib - FOTO

XX əsr Azərbaycan və fars ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmmədhüseyn Şəhriyarın vəfatının 28-ci ildönümü ilə əlaqədar Tehranda ədibin xatirəsi yad edilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Tehranın möhtəşəm “Vəhdət” salonunda keçirilən tədbirə qatılan İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti şairin yaradıcılığından danışaraq onu bütün müsəlman aləminin fəxri adlandırıb.

Qeyd olunub ki, İran və Azərbaycan poeziyasının görkəmli simalarından olan M.Şəhriyar 1904-cu ildə Təbrizin yaxınlığındakı Heydər Baba kəndində anadan olub. İlk təsilini Təbriz mədrəsəsində alan Şəhriyar Tehranda tibb universitetinə qəbul olur. Lakin ali təhsilini yarımçıq qoyan şair müxtəlif dövlət idarələrində işləyərək şeirlər yazmağa başlayır. Yazdığı şeirlərlə qısa müddətdə məşhurlaşan Şəhriyar İranın müasir Sədi Şirazisi ləqəbini qazanıb. Fars dilini də mükəmməl bilən şairin bu dildəki şeirləri indi də dillər əzbəridir. 1988-ci ilin sentyabrın 18-də vəfat edən böyük ustad özündən sonra böyük irs qoyub.

Mərasimdə İranın enerji naziri Həmid Çitçiyan, Tasnim xəbər agentliyinin türk dili bölməsinin redaktoru doktor Əsgəri Fərdi və başqaları çıxış edərək şairin yaradıcılığından, onun həyatının müxtəlif məqamlarından söz açıblar.

Çıxışlardan sonra Tehran simfonik orkestrinin ifasında Şəhriyarın yazdığı şeirlərə bəstələnmiş mahnılar Azərbaycan və fars dillərində səsləndirilib.

Məmmədhüseyn Şəhriyarın vəfatı günü İranda rəsmi olaraq ədəbiyyat və şeir günü kimi qeyd edilir.

1news.az

 

Paylaş:
784

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər