Gürcüstan parlamentində təmsil olunacaq partiyalar məlum olub | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan parlamentində təmsil olunacaq partiyalar məlum olub

19:44 - 09 / 10 / 2016
Gürcüstan parlamentində təmsil olunacaq partiyalar məlum olub

Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 3 702 seçki məntəqəsindən 3 667 məntəqə (99,41%) üzrə səslər hesablanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə əsasən parlamentə hakim “Gürcü arzusu” və müxalifətdə olan sabiq prezidenti Mixail Saakaşvilinin  lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasının parlamentdə təmsil olunacağını açıqlayıb.

Beləliklə, 3 702 seçki məntəqəsindən 3 667 məntəqə üzrə səslər hesablanıb. “Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb. Son nəticələrə görə “Vətənpərvərlər Alyansı”  4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. “Azad Demokratlar” 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb. 35 seçki məntəqəsi üzrə səslərin hesablanması davam edir.

Qeyd edək ki, dünən Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstan parlamentinə 150 deputatın 77-i partiya siyahısı (proporsional), 73-2 birmandatlı dairələrdən (majoritar) seçilməlidir. 73 birmandatlı dairədə deputat mandatı uğrunda 816 nəfər mübarizə aparır. Birmandatlı dairələrdə deputat seçilmək üçün  birinci turda namizədlərdən birinin 50 faiz+1 səs toplaması tələb olunur. MSK bundan öncə birmandatlı dairələrin əksəriyyətində seçkilərin ikinci turunun keçirilməsinin gözlənildiyini açıqlayıb.

1news.az

Paylaş:
603

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər