Gürcü millətçiləri Tiflisdə türk restoranlarını necə dağıdırdılar – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Gürcü millətçiləri Tiflisdə türk restoranlarını necə dağıdırdılar – VİDEO

13:08 - 30 / 09 / 2016
Gürcü millətçiləri Tiflisdə türk restoranlarını necə dağıdırdılar – VİDEO

Bu həftə bir çox hadisələrlə yadımızda qaldı.

1news.az-ın verdiyi məlumatına əsasən, onların aasında mənfi təsir bağışlayan Tiflisdə “Kartuli dzala” (“Gürcü gücü”) millətçi təşkilatının fəalları tərəfindən Aqmaşenebeli prospektində yerləşən türk restoranlarının və dükanlarının dağıdılması olub.

Fəallar yoldan keçənləri təhqir edirdilər, ticarət məntəqələrinə fayerlər atır və dükanların önündə asılmış lövhələri yararsız hala gətirirdilər.

Onlar “Yaşasın millət – düşmənə ölüm” qışqıraraq türk restoranlarına şığıyırdılar.

Fəallar həmçinin “Gürcüstan gürcülər üçün” lozunqunu təkrarlayaraq türk dilində yazılmış bir neçə reklam banerini də dağıdıblar.

Qeyd edək ki, millətçilərin yürüşü Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Qəhrəmanlar memorialından başlayıb.

Sentyabrın 27- burada matəm tədbirləri keçirilib. 1993-çü ilin məhz bu günündə Gürcüstanın Suxumi şəhəri işğal olunub və ölkədə bu tarixi Yaddaş və ümid günü kimi qeyd edirlər.

Bir sıra telekanal polis tərəfindən fəalların saxlanılma anını yayımlayıb.

Türkiyəli iş adamlarının bu tarixə nə aidiyyatı olduğu sual altında qalır.

Öz növbəsində Türkiyənin “Yeniçağ” qəzeti bu hadisələrlə bağlı “Gürcüstanda türklərə hücum” adlı məqalə dərc edib.

Haberasi nəşri isə “Gürcüstanda türkiyəli iş adamlarına irqçi hücum” adlı məqalə yazıb.

Qeyd edək ki, bu Gürcüstanda əcnəbi obyektlərə ilk hücum deyil.

2013-cü ildə gürcü millətçiləri aksiya keçirərək türkiyəlilərə və iranlılara aid restoranların bağlanmasını tələb ediblər.

Həmin aksiyada da kütlə “Gürcüstan gürcülər üçün” lozunqunu səsləndirib.

Gürcüstan parlamentinin deputatı, “Vahid milli hərəkat” partiyasının təmsilçisi David Darçiaşvilinin sözlərinə görə bu hadisələrin arxasında, bəzi gürcülərin anlamsızlığına söykənən, Rusiyanın xüsusi xidmətləri durur.

“Hər bir cəmiyyətdə ağılsızların olduğunu istisna etmək olmaz. Mən əminəm ki, belə addımların arxasında Rusiyanın xüsusi xidmətləri durur. Onlar, Gürcüstana, Tiflis üçün münasibətləri vacib olan, ölkələrlə problemlər yaratmaq istəyirlər”, - deyə Darçiaşvili əlavə edib.

Onun sözlərinə  görə, Gürcüstan üçün vacib olan məsuliyyəti hökümətin formalaşdırılmasıdır.

“Hazırki hökümət heç nəyə, əsasən də ölkənin təhlükəsizliyi üçün lazım olana, qadir deyil. 2012-ci ildən Gürcüstanda xristianlar və müsəlmanlar arasında münaqişə salmaq cəhdləri müşahidə olunur. Bunlar hamısı ölkəni daxildən parçalamağa yönəlib”, - deyə deputat qeyd edib.

Xatırladaq ki, əvvəllər də Gürcüstanda milli zəmin üzərində insidentlər yaşanıb.

2014-cü ildə Kobuleti şəhərində xristian gürcülər polisin müşayiəti ilə orada yerləşən mədrəsəni təhqir ediblər. Onlar mədrəsənin önündə donuz kəsərək, heyvanın başını qapıya mismarlayıb və müsəlmanları mədrəsə qoymayıblar.

2014-cü ildə Gürcüstanın “Çixura” və Bakının “Neftçi” klublarının qarşılaşmasında növbəti provokasiya yaşanmışdı.

İnsidentə səbəb gürcü azarkeşlərin bəzi Azərbaycan rayonlarının Gürcüstanın ərazisi kimi əks etdirən ölkələrinin xəritəsinin nümayiş etdirilməsi olub.

Yeri gəlmişkən, Gürcüstana turist qismində ən çox məhz Türkiyə və Azərbaycan vətəndaşları səyahət edir. Təkcə 2015-ci ildə Gürcüstana 1,4 milyon türkiyəli və 1,3 milyon azərbaycanlı səfər edib.

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan sosial-demokrat partiyasının rəhbəri Araz Əlizadənin dediklərinə görə hər hansı bir millətçilik, istər gürcü, istər erməni millətçiliyi – faşizmin təzahürüdür.

Lakin deputat bu addımların Gürcüstanda millətşiliyin artmasına gətirib çıxaracağına inanmır.

“Onlar artıq bir dəfər bu xəstəliyə tutulublar, bu uşaq xəstəliyinin qalıcı simptomlarıdır”, - deyə o, əlavə edib.

A.Əlizadə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı analoji hərəkətlərinin mümkünsüz olduğunu bildirib.

Sonda deputat, bunun Gürcüstanın problemi olduğunu və Azərbaycan üçün ən vacib olanın hər bir ölkə ilə yaxşı münasibət əldə etmək olduğunu deyib.

1news.az

Paylaş:
4999

Son xəbərlər

Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25
Bütün xəbərlər